Qənirə Paşayeva

İki qonşu ölkənin hökmdarları bir-biri ilə savaşmaz-dı, amma hər fürsətdə bir-birini rahatsız edərdilər. Doğum  günləri, bayramlarda qəribə ərməğanlar göndərərək qarşısındakına zəka göstərisi etmək üçün fürsət axtarardılar.  Hökmdarlardan biri günlərin birində ölkəsinin ən önəmli  heykəltaraşını hüzuruna çağırdı. Ondan qızıldan bir-birinin  tam eynisi olan üç insan heykəlini düzəltməsini istədi. Aralarında bir fərq olacaqdı, amma bu fərqi sadəcə ikisi biləcəkdi.

Heykəllər hazırlandı və doğum günündə qonşu ölkə  hökmdarına göndərildi. Heykəllərin yanına bir məktub da  qoyulmuşdu. Heykəlləri hazırlatdıran hökmdar belə yazırdı:

“Doğum gününü bu üç qızıl heykəl ilə təbrik edirəm. Bu üç  heykəl bir-birinin tam eynisi kimi görünə bilər, amma içlərindən biri digər ikisindən daha çox dəyərlidir. O heykəli  tapdığında mənə xəbər et.”

Hədiyyəni alan hökmdar öncə heykəllərin çəkisini yoxlatdırdı. Üç heykəlin çəkisi tamamilə eyni idi. Hökmdar  ölkəsində sənətdən nə qədər anlayan insan varsa, çağırtdı.  Hamısı da heykəlləri böyük bir diqqətlə incələdilər, amma  aralarındakı fərqi görə bilmədilər. Günlər keçdi. Bütün ölkə  hökmdarın sıxıntısını duymuşdu və heç kim çözüm tapa bilmirdi. Sonunda hökmdarın hədsiz üsyankar olduğu üçün həbsə atdırdığı bir gənc xəbər göndərdi. Heykəllər arasındakı fərqi çözə biləcəyini, amma bunun üçün incələməsinə izn  verilməsini istədi. Yaxşı təhsilli, ağıllı və zəka sahibi olan bu  gənc hökmdarın bəzi addımlarına qarşı çıxdığı üçün zindana  atılmışdı. Başqa çarəsi olmayan hökmdar bu gənci çağırt-dırdı. Gənc öncə heykəlləri diqqətlə incələdi, sonra çox incə  bir tel gətirilməsini istədi. Teli birinci heykəlin qulağından saldı, tel heykəlin ağzından çıxdı. İkinci heykələ də eyni  üsulu tətbiq etdi. Tel bu dəfə o biri qulağından çıxdı. Üçüncü  heykəldə tel qulaqdan girdi, amma bir yerdən çıxa bilmədi.  Ancaq telin sığa biləcəyi bir kanal qəlb cərgəsinə qədər enirdi, amma oradan başqa yerə getmirdi.

Cavan oğlan gəldiyi nəticəni anlatmağa başladı: “Böyük kralım, bu bilməcənin cavabının açıq bir kitab kimi qarşınızda durduğunu düşünürəm. Bizim, sadəcə, bu  kitabı oxumağa çalışmağımız lazımdır. Gördüyünüz kimi,  hər insanın bir-birindən fərqli olması kimi, bu üç heykəl də  fərqlidir. Birinci heykəl bizə dərhal duyduqlarını başqalarına söyləyən insanları xatırladır. İkinci heykəl isə eşitdiyi bir qulağından girib digərindən çıxan insanlara bənzəyir. Üçüncü heykəl isə duyduqlarını özündə saxlayan və ona görə davranan insanlar kimidir. Hökmdarım, bu özəllikləri göz  önündə qoyaraq heykəllərin dəyərinə qərar verə bilərsiniz.

Hansını sirdaş olaraq istərsiniz? Heç bir şeyi özündə saxlaya  bilməyəni? Sözlərinizə sabun köpüyü qədər dəyər verməyəni? Yoxsa sözlərinizi etibar edilən bir tərzdə saxlayanı?”

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 İmam Hüseyn cəsarəti, İmam Museyi Kazım dəyanəti – TOFİQ YAQUBLU DAVASI

10 Mart 2020 “Kimlə gəldi, necə gəldi…” azadlığı

08 Yan 2018 Elan edilən "Cümhuriyyət maketi"

13 Noy 2016 Əzilmiş kağız parçası

27 Okt 2016 Əcəm qızı-hekayə

18 Okt 2016 Mən kiməm və ya sehrli çubuğun nağılı - E s s e

29 Sent 2016 TƏLƏBƏ QIZ -HEKAYƏ

27 Sent 2016 Kirayələnmiş fahişə

23 Sent 2016 Referendum, biz, iqtidar və taleyimiz

21 Sent 2016 Rəhbərin qayıdışı- hekayə

19 Sent 2016 Qanlı ehtiras -HEKAYƏ

07 Sent 2016 Azərbaycanda mövcüd şəraitdə yaşamaq intihara yol açır

06 Sent 2016 Azərbaycan “özbəkistanlaşır”

06 Sent 2016 Tehranda bir gecə...

21 Avq 2016 Gülənin narkotik əvəzləyici kitabları

18 Avq 2016 Qırıq Kamança - HEKAYƏ

10 Avq 2016 TƏNDİR ÇÖRƏYİ

10 Avq 2016 Türkiyədə xalqı meydanlara çıxaran Ərdoğan sevgisi deyildir

09 Avq 2016 Ərdoğanı nə gözləyir?

04 Avq 2016 Ana öyüdü

03 Avq 2016 Qurbanovun səhvi, yoxsa bəlanın “müjdə”si?

22 İyul 2016 Qatilin son arzusu – Hekayə

19 İyul 2016 Şərəfli savaş, yoxsa Ərdoğanın məkrli tamaşası?

14 İyul 2016 ELAT bayramına toxunmaq olmaz!

07 İyul 2016 Ərdoğan Putindən niyə üzr istədi?

06 İyul 2016 Qadın olmaq... – Hekayə

27 İyun 2016 Heykəl fərqi...

24 İyun 2016 Elçibəy – Ümummilli birliyin simgəsi

18 İyun 2016 Yenə naftalin iyi verənlər düşüblər ortalığa

17 İyun 2016 Qaranlıqdan gələn adam və ya İblisin kölgəsi - hekayə

Xəbər lenti