|
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar bloku və “Şahdəniz” qaz kondensat yatağından 2018-ci ilin fevralın 1-nə əldə edilən gəlirlərini açıqlayıb.
ARDNF-dən "APA-Economics"ə verilən məlumata görə, bu ilin yanvar ayında AÇG yataqları üzrə fond 651,6 mln. dollar gəlir əldə edib.
AÇG Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) 2050-ci ilə qədər uzadılması çərçivəsində xarici sərmayəçilər tərəfindən Fonda 450 mln. ABŞ dolları məbləğində bonus ödənilib.
"Şahdəniz" layihəsi çərçivəsində xarici sərmayəçilər tərəfindən 0,108 mln. ABŞ dolları məbləğində əlavə bonus ödənilib.
Ümumiyyətlə, 2001-ci ildən etibarən bu ilin əvvəlinədək AÇG yataqlar bloku üzrə 129,137 mlrd. dollar, "Şahdəniz" yatağı üzrə isə 2,506 mlrd. dollar həcmində gəlir əldə olunub.