|
Amerika fond bazarında Dow Jones indeksi 0,06% - 18 526,14 bəndədək, S&P 500 0,01% - 2 186,16 bəndədək azalıb, NASDAQ 0,15% - 5 283,93 bəndədək artıb.
"APA-Economics" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,30% - 6 846,58 bəndədək, Almaniya DAX-ı 0,62% - 10 752,98 bəndədək, Fransa CAC-40-ı 0,61% - 4 557,66 bəndədək yüksəlib.
COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 2,20 dollar bahalaşaraq 1 351,4 dollara, gümüş isə 0,11 dollar bahalaşaraq 19,96 dollara satılıb.