|
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən Teleqraf.az-a verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi avqust ayının 30-u ilə müqayisədə 0,25% artaraq 1,6321 manat təşkil edib.
Avro manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,12% möhkəmlənərək 1,8209 manat olub.
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası 0,79% ucuzlaşaraq 0,0250 manat olub.
Türkiyə lirəsinin məzənnəsi 0,13% möhkəmlənərək 0,5514 manat olub.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1392 manatdır. Beləliklə, funt sterlinq 0,41%-lik bahalaşma nümayiş etdirib.
Gürcüstan larisinin məzənnəsi 0,04% artaraq 0,7081 manat təşkil edib.