50 nəfərin işi məhkəmədədir

On minlərlə vətəndaşın banklarla bağlı problemi ilə əlaqədar "Antikollektor” Məhdud Məsuliyyətli Cəmiyyəti öz işini davam etdirir. Mart ayının 1-dən qeydiyyata alınan qurum artıq test şəklində fəaliyyətə başlayıb. Yeni qurum "bankların qənimi” kimi qiymətləndirilərək fəaliyyətini əsasən banklarla bağlı problemli müştərilərin hüquqlarını təmin etməklə məşğuldur. İqtisadçı ekspert Əkrəm Həsənov açıqlamasında deyib ki, qurum fəaliyyətə başlayandan onlara 3000 minə yaxın şikayətçi müraciət edib: 

"Antikollektor martın 1-dən fəaliyyətə başlayıb və məqsədi bankla problemi olan həm vətəndaşlara, həm də sahibkarlara hüquqi yardım göstərməsidir. Artıq 5 ay ərzində 3000-ə yaxın insan müraciət edib. Bütün müraciət edənlərə pulsuz məsləhət vermişik. Demək olar ki, əksəriyyət elə bununla da qane olub. Bankla problemi olan vətəndaşların 70 faizdən çoxunun əslində ödəmə qabiliyyəti yoxdur. Yəni, onların aylıq gəliri, əmlakı heç yoxdur, ya da elə azdır ki, onu əlindən ala bilməzlər. Çünki o büdcə ailəsinə güclə çatır. Faktiki olaraq belə vətəndaşların borcu silinməlidir. Çünki bu adam ödəyə bilmir. Bu məsələdə əsas problem vətəndaşların müxtəlif bəhanələrlə qorxudulmasıdır ki, biz onları bu yöndə istiqamətləndiririk. Çünki vətəndaşlar öz əmlakları ilə qorxudulur, evlərinin əllərindən alınacağı bildirilir. Bu isə boş-boş söhbətlərdir. İstənilən halda isə vətəndaş öz hüquqlarını bilmədiyinə görə qorxur. İntihar və xəstəlik halları buradan yaranır. Hüquqi izah veriləndə vətəndaşlar məhkəmə icraçıları, kollektorlar və banklarla hüquqları haqqında danışırlar. Onlar prinsipcə belə danışanda icra orqanları sərt danışıqlardan əl çəkirlər. Antikollektorun əsas işi budur. Çünki bu gün Azərbaycanda əksər vətəndaşların ödəniş qabiliyyəti yoxdur. Hətta onlara deyirik ki, məhkəmədə belə özlərini müdafiə etməsinlər. Guya ki, məhkəmədə uduzmuş vətəndaşlara nə edəcəklər ki?” Aylıq gəliri və kredit borc üçün girovu olan vətəndaşlara gəlincə, ekspert bu məsələnin ağırlığını qeyd edib:

"Ona görə ki, vətəndaşın itirəcəyi bir şey var. Yəni, o adam borcu verməsə, evini, başqa əmlakını əlindən ala bilərlər. Xüsusilə isə onun borcu milli valyuta ilə deyil, dollarla olarsa. Biz onlara hüquqi prosesləri izah edəndən sonra isə antikollektorlar onlara hüquqi yardımlar göstərir. Əsas istədiyimiz ondan ibarətdir ki, vətəndaşların borcu azaldılsın, ona müəyyən güzəştlər verilsin, mümkün olduqda isə girovu da azad edilsin. Ən pis halda isə vaxt udmaqdır. Çünki vaxt borc alanın xeyrinədir, bankın xeyrinə deyil”. Əkrəm Hüseynov əlavə edib ki, ən ağır məsələlərdən biri də bir neçə vətəndaşın borca görə inzibati qaydada 10 sutkalıq həbs edilməsidir: "Yəni, belə hallar 5-6 dəfə baş verib. Deyim ki, həbs də qanunsuzdur. Həbs buna yol vermir, bunu sadəcə ona görə edirlər ki, vətəndaşları qorxutsunlar. Həmin vətəndaşlar 10 sutka həbsdən çıxandan sonra onlardan bir daha borcu tələb etmirlər. Belə vətəndaşların bəzilərinin hüquqlarını bərpa etmişik, bəzilərinin şikayətini isə Avropa Məhkəməsinə göndərmişik. Bəzi hallarda isə vətəndaş həbs həddində olub, biz dərhal ora müdaxilə etmişik və vətəndaşı həbs etməyiblər. Son bir-iki ayda belə həbs halları yoxdur. Düşünürəm ki, bu da fəaliyyətimizin bir uğurudur. Həbslər dayandırılıb. Artıq 50 vətəndaşın işi məhkəmələrdədir. Məhkəmə prosesləri gedir”. Qeyd edək ki, hazırda ölkədə 2,5 milyon kredit ödəyicisi var.

Politika.Az

 

Bölməyə aid digər xəbərlər

02 Sent 2020 “ARDNF bir işçiyə hər ay orta hesabla 16 min manat xərcləyir” -EKSPERT

06 Apr 2019 “Elə mexanizm qurmalıyıq ki, dünyada qəbul olunan standartlar Azərbaycanda da qəbul olunsun”

09 Okt 2018 Azərbaycan nefti ucuzlaşdı

20 Fev 2018 Bankda əmanət necə olur ki, “qorunmayan” statusa keçir?

06 Fev 2018 ARDNF AÇG və "Şahdəniz"dən 131,6 mlrd. dollaradək gəlir əldə edib

06 Fev 2018 Azərbaycan nefti bahalaşıb

06 Fev 2018 Mərkəzi Bank yeni məzənnəni açıqladı

05 Fev 2018 Dolların bu günə olan rəsmi məzənnəsi –Mərkəzi Bank

25 Okt 2017 2018-ci ilin büdcəsinin hər 100 manatından 55 manat 10 qəpiyini neft pulu təşkil edəcək

26 Okt 2016 Dollar yenə bahalaşdı

18 Okt 2016 Azərbaycan nefti ucuzlaşdı

18 Okt 2016 Dollar bu gün neçəyə satılır?

17 Okt 2016 Bakıda evlərin qiyməti qalxmağa başladı

14 Okt 2016 Azərbaycan nefti yenə ucuzlaşdı

13 Okt 2016 Neft yenidən ucuzlaşdı

10 Okt 2016 Dollar ucuzlaşdı

08 Okt 2016 Azərbaycan nefti ucuzlaşıb

01 Okt 2016 Azərbaycan-İran avtomobil zavodunun ilk məhsulu nə vaxt hazır olacaq?

30 Sent 2016 Azərbaycan nefti 3 dollardan artıq bahalaşıb

29 Sent 2016 Qızıl bahalaşdı

22 Sent 2016 Rusiyadan neft hasilatı ilə bağlı rekord nəticə

21 Sent 2016 FES uçot dərəcəsini dəyişməyib

21 Sent 2016 Qızıl 3 dollardan çox ucuzlaşıb

20 Sent 2016 Dollar bu gün neçəyə satılır - Rəsmi məzənnə

16 Sent 2016 SOCAR-ın səhmləri satışa çıxarıla bilər

09 Sent 2016 “Manatın ucuzlaşması qaçılmazdır” - VİDEO

08 Sent 2016 Manatın rəsmi məzənnəsinin mənası nədir ?

08 Sent 2016 Qızıl bahalaşdı

01 Sent 2016 Azərbaycan nefti 47 dollara düşüb

31 Avq 2016 Dollar sürətlə bahalaşır

Xəbər lenti