|
Azərbaycanda fiziki şəxslərin bank əmanətlərinin həcmi 2016-cı il iyunun 1-nə 7 566 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına məlumatına görə, əmanətlərin həcmi mayın 1-nə nisbətən 119,9 mln. manat və ya 1,54%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 35,1mln. manat və ya 0,46% azalıb.
Fiziki şəxlərin manatla əmanətlərinin həcmi iyunun 1-nə 1 447,5mln. manat təşkil edib. Bu, mayın 1-nə nisbətən 39,9 mln. manat və ya 2,83% artım, 2015-ci ilin iyunun 1-nə nisbətən isə 725,1mln. manat və ya 33,37% azalma deməkdir.
Xarici valyutada fiziki şəxslərin əmanətləri son bir ayda 158,9 mln. manat və ya 2,53% azalaraq, illik müqayisədə isə 689,9,1 mln. manat və ya 12,7% artaraq iyunun 1-nə 6 118,4 mln. manat təşkil edib.