|
İyunun 23-də Rusiyanın “Lukoyl” şirkəti səhmdarlarının illik iclası keçirilib.
İclasda Vahid Ələkbərov yenidən şirkətin prezidenti seçilib.
“Lukoyl”un nizamnaməsinə görə, səhmdarlar şirkətin prezidentini 5 illiyə seçirlər.
Vahid Ələkbərov 1993-cü ildən “Lukoyl”un prezidentidir.
O, 1950-ci ildə Bakıda anadan olub. Milyarderdir, dünyanın ən varlı adamlarının siyahısında yer alır.