|
Qızılın 1 qramı isə 44 dollaradır.
"Qara qızıl"ın qiymətlərində fərqli yöndə dəyişmə müşahidə olunur. ANS PRESS-in "Bloomberg"ə istinadla verdiyi məlumata görə, "Layt" markalı xam neftin qiyməti artıb. Nyu-York Əmlak Birjasında "Layt" markalı neftin qiyməti 49.61 dollar olub. İCE qitələrarası fond birjasında "Brent" markalı neftin bir bareli 50.31 dollarda qərarlaşıb. "AzəriLayt" markalı neftin bir barrelinin qiyməti isə 0.41 dollar ucuzlaşaraq 50.39 dollar təşkil edib.
Bu günə olan qiymətli metalların qiymətləri bahalaşıb. "Bloomberg"in verdiyi məlumata görə, qızılın bir qramının qiyməti 3 dollar qalxaraq 44 dollar olub. Platinin bir qramı 31.51 dollar, palladiumun qramı isə 18.03 dollara qədər yüksəlib. Gümüşün isə qiyməti dəyişməyib, qramı 56 sentə satılıb.