|
Amerika fond bazarında Dow Jones indeksi 0,24% - 18 096,27 bəndədək, S&P 500 0,08% - 2 102,40 bəndədək artıb, NASDAQ 0,16% - 4 948,13 bəndədək artıb.
“APA-Economics” xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,08% - 6 410,26 bəndədək, Almaniya DAX-ı 0,69% - 10 421,29 bəndədək, Fransa CAC-40-ı 0,56% - 4 591,92 bəndədək bahalaşıb.
COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 4,80 dollar ucuzlaşaraq 1 249,60 dollara, gümüş isə 0,16 dollar bahalaşaraq 17,30 dollara satılıb.