Doha görüşünə qədər qiymətlər bahalaşacaq, bəs sonra?

Bir neçə gündür ki, dünya bazarında neftin qiyməti artmaqdadır. Əksər ekspertlər bu artımın 17 aprel Doha görüşünə qədər davam edəcəyini bildirirlər. Bundan sonra isə qiymətlər görüşdən çıxacaq nəticələrə bağlı olacaq. Böyük ehtimalla, qiymətlər aşağı düşəcək. Aprelin 13-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,32 dollar azalaraq 41,85 dollar təşkil edib. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,14 dollar azalaraq 44,55 dollar olub.

Bu arada isə Rusiya və Səudiyyə Ərəbistanın nümayəndələrinin neft hasilatının həcminin dondurulmasına dair konsensusa nail olduğu açıqlanıb. Bunu “İnterfaks”a diplomatik mənbə bildirib. “Bu gün Səudiyyə Ərəbistanı və Rusiya nümayəndələri arasında baş tutan görüş zamanı tərəflər arasında neft hasilatının dondurulması məsələsinə dair konsensus əldə olunub”,- deyə mənbə qeyd edib. Mənbənin sözlərinə görə, Səudiyyə Ərəbistanı ilk dəfə olaraq İranın iştirakı olmadan neft hasilatının dondurulmasına razılıq verib.

Bundan əvvəl Səudiyyə Ərəbistanı İranın da neft hasilatının dondurulması sazişinə qoşulmaq istəmədiyini əsas gətirərək sövdələşməyə hazır olmadığını bildirirdi. Qeyd edək ki, İran, öz növbəsində, neft hasilatının həcmini əvvəlki səviyyəyə (sanksiyalar tətbiq olunandan əvvəl) çatdıranadək neft hasilatının dondurulması sazişinə qoşulmaq niyyətində olmadığını bildirib.

Beynəlxalq Valyuta Fondu isə (BVF) bu il və 2017-ci il üzrə neftin qiyməti ilə bağlı proqnozlarını aşağı salıb. BVF-nin yeni hesabatında bu il üzrə neftin orta qiymətinin 35 dollar/barel, 2017-ci ildə isə 41 dollar/barel olacağı bildirilir. Xatırladaq ki, fond bundan əvvəlki hesabatında 2017-ci il üzrə neftin orta qiymətinin 55 dollar/barel olacağını nəzərdə tutmuşdu.

Ekspertlər musavat.com-a neftin gözlənilən qiymətləri, həmçinin bahalaşmanın hansı həddə qədər davam edəcəyi barədə proqnozlarını açıqlayıblar. Ekspert Natiq Cəfərlinin sözlərinə görə, bu proses təqribən iki ay öncə başlayıb: “Rusiya, Səudiyyə Ərəbistanı, Qatar və Venesuelanın iştirakı ilə ilkin görüş keçirildi və görüşdə gəlinən ilk razılıq bundan ibarət oldu ki, OPEK iştirakçıları və Rusiya hasilatı yanvar ayının 12-si səviyyəsində hasilatı dondursun, yəni artırmasın. Söhbət hasilatın azaldılmasından getmirdi, ancaq 12 yanvar səviyyəsində qalmasından, heç kimin daha artıq neft istehsal etməməsindən gedirdi. Burada çox maraqlı detal ondan ibarətdir ki, 12 yanvar tarixi həm Səudiyyədə, həm Rusiyada hasilatın pik nöqtəsində olduğu bir dövrdür. Rusiyada təqribən həmin gün 10,4, Səudiyyədə isə 10,3 milyon barel neft hasil olunmuşdu. Bu, kifayət qədər yüksək bir həddir. Sadəcə, bu danışıqlara bir reaksiya verdi, ən azından bundan sonra hasilatın artmayacağı haqqında bir gözlənti yarandı. Amma İranın neft naziri, energetika naziri də bəyan etdilər ki, İran sanksiyalardan sonra əvvəlki neft hasilatı dövrünə qayıtmasa, hasilatı dondurmayacaq. Bu da təbii 4,5-5 milyon barel hasilat deməkdir. İndiki səviyyədən 1 milyon barel artıqdır. Bundan sonra İran gündəlik hasilatı ən azı 1 milyon barel artırmalıdır ki, sanksiyalardan öncəki səviyyəyə çatsın”.

Onun sözlərinə görə, son olaraq Səudiyyə Ərəbistanının neft naziri maraqlı bir bəyanat verib: “O bildirib ki, hasilatın dondurulması söhbətləri gedir, amma azalması söhbətini unudun. Heç bir ölkə öz bazarlarını itirmək istəmir. Ona görə çox maraqlı bir situasiya yaranır. İranın bu sazişə qoşulması, açığı, gözlənilmir. Baş versə də, o, heç bir öhdəlik götürmədən bu görüşdə iştirak edə bilər. Sadəcə, 17 apreldəki Doha görüşündən bazar gözləntilərini tam doğrultmasa, düşünürəm ki, uzun müddət bazarda sözlü müdaxilələrlə qiyməti yüksəltməyə müvafiq olmayacaq. Yəni 17 apreldən sonra bazarda ciddi azalma gözlənilir. Çünki bazar oyunçuları ən azından hasilatın müəyyən dərəcədə azalmasını, tələb-təklif balansının yaranmasını gözləyirlər. Amma belə bir razılaşmanın olması ehtimalı çox aşağıdır. Sadəcə, Doha görüşü həm də maraqlı günə salınıb, bazar günüdür, dünya birjaları işləmir. Ən azından, görüşü təşkil edən ölkələr düşünür ki, ayın 17-də normal qərar çıxmasa, bazar reaksiya verməyəcək. Heç olmasa, 24 saatdan sonra reaksiya gələcək. O da daha sərt reaksiya olmaya bilər. Həm də görüşün bazar gününə salınması buna hesablanıb. Düşündüyüm budur ki, uzun zaman neftin qiymətlərinin indiki səviyyələrdə, 35-45 dollar arasında qalması ehtimalı çox yüksəkdir. Çünki neftin qiyməti nə qədər yüksələcəksə, Amerikanın istehsalı artıra biləcəyi gözləniləndir. İstehsal artdıqda da qiymətlər yenidən düşə bilər. Ona görə ən komfortlu qiymət, bütün ölkələri qane edə biləcək qiymət təqribən 35-45 dollar arası qiymətlərdir. Düşünürəm ki, uzun zaman bunu görəcəyik”.

Ekspert Rəşad Həsənov isə qeyd edib ki, ümumiyyətlə götürdükdə, yay mövsümü turizmlə bağlı neftin qiymətlərinin bahalaşması dövrü hesab edilir: “Bununla bağlı əvvəlcədən də məlumat vermişdik. Burada müəyyən qədər- 10-15 faiz bahalaşmadan söhbət gedir. Bu prosesi müşahidə edirik. Bahalaşmaya təkan verən neft istehsal edən bir neçə ölkənin hasilatı 12 yanvar səviyyəsində dondurması ilə bağlı bir razılığa gəlinməsi oldu. Neft gözlənildiyindən daha sürətlə bahalaşaraq son ay ərzində bir barel üçün 40 dollar ətrafında qərarlaşdı. Lakin bu bahalaşmanın sürət tempini aşağı salan əsas amil ondan ibarətdir ki, bu razılaşma İranın iştirakı olmadan baş tutmayacaq. Yəni İranın iştirak etməməsi razılaşmanın baş tutması ehtimalını aşağı saldı. Mart ayı üçün gözlənilən toplantının təxirə salınması investorlarda şübhələri daha da artırdı. Eyni zamanda, İranın energetika nazirinin açıqlaması bu məsələdə tətikləyici oldu ki, İran sazişə öz hasilatını əvvəlki səviyyəyə çatdırdıqdan sonra qoşula biləcəyini söylədi.

Bütün bunların fonunda neftin sürətlə bahalaşması dayandı. Hazırda bir neçə gündür ki, neftin qiymətində bahalaşma müşahidə olunmaqdadır. Bahalaşmanın həftənin sonuna qədər davam edəcəyi bildirilir. Çünki burada birinci təsiredici qüvvə ondan ibarətdir ki, aprelin 17-də Doha görüşünün baş tutacağı məlumdur. Artıq bir neçə dövlət açıqlayıb ki, görüşdə iştirak edəcək. İran iştirak etmədən belə hasilatın dondurulması istiqamətində qərar qəbul etmək olar. Bu kimi xəbərlər bir neçə gündür ki, neftin sürətlə bahalaşmasına gətirib çıxarır. Təxminən 47-48 dollara qədər bahalaşma ehtimalı var.

Bu, görüşə qədər belə olacaq. Görüşdən çıxan nəticələrdən asılı olaraq sonradan neftin qiymətində müəyyən korreksiyalar baş verəcək. Doha görüşündə əgər razılıq əldə olunmazsa, bu zaman ucuzlaşma müşahidə olunacaq. Razılıq əldə olunarsa, düşünmürəm ki, ciddi bahalaşma olacaq. Qısamüddətli dövrdə ola bilər, hətta qiymət 50 dollar səviyyəsini keçə bilər. Sonrakı dövrdə yenidən qiymətlərin enməsi və 45 dollar ətrafında bir qiymətin müəyyənləşməsi gözlənilir. Proses də bu ehtimalla avqust ayına qədər davam edəcək. Əgər avqustdan sonra yenidən tələbatın aşağı düşməsi, eyni zamanda İranın zaman çərçivəsində öz hasilatını artırmasını davam etdirməsi nəticəsində təklif tələbi yenə də daha çox üstələyəcək. Bu da qiymətlərin yenidən aşağı istiqamətdə ucuzlaşmasına təsir edə bilər”.

musavat.com

Bölməyə aid digər xəbərlər

02 Sent 2020 “ARDNF bir işçiyə hər ay orta hesabla 16 min manat xərcləyir” -EKSPERT

06 Apr 2019 “Elə mexanizm qurmalıyıq ki, dünyada qəbul olunan standartlar Azərbaycanda da qəbul olunsun”

09 Okt 2018 Azərbaycan nefti ucuzlaşdı

20 Fev 2018 Bankda əmanət necə olur ki, “qorunmayan” statusa keçir?

06 Fev 2018 ARDNF AÇG və "Şahdəniz"dən 131,6 mlrd. dollaradək gəlir əldə edib

06 Fev 2018 Azərbaycan nefti bahalaşıb

06 Fev 2018 Mərkəzi Bank yeni məzənnəni açıqladı

05 Fev 2018 Dolların bu günə olan rəsmi məzənnəsi –Mərkəzi Bank

25 Okt 2017 2018-ci ilin büdcəsinin hər 100 manatından 55 manat 10 qəpiyini neft pulu təşkil edəcək

26 Okt 2016 Dollar yenə bahalaşdı

18 Okt 2016 Azərbaycan nefti ucuzlaşdı

18 Okt 2016 Dollar bu gün neçəyə satılır?

17 Okt 2016 Bakıda evlərin qiyməti qalxmağa başladı

14 Okt 2016 Azərbaycan nefti yenə ucuzlaşdı

13 Okt 2016 Neft yenidən ucuzlaşdı

10 Okt 2016 Dollar ucuzlaşdı

08 Okt 2016 Azərbaycan nefti ucuzlaşıb

01 Okt 2016 Azərbaycan-İran avtomobil zavodunun ilk məhsulu nə vaxt hazır olacaq?

30 Sent 2016 Azərbaycan nefti 3 dollardan artıq bahalaşıb

29 Sent 2016 Qızıl bahalaşdı

22 Sent 2016 Rusiyadan neft hasilatı ilə bağlı rekord nəticə

21 Sent 2016 FES uçot dərəcəsini dəyişməyib

21 Sent 2016 Qızıl 3 dollardan çox ucuzlaşıb

20 Sent 2016 Dollar bu gün neçəyə satılır - Rəsmi məzənnə

16 Sent 2016 SOCAR-ın səhmləri satışa çıxarıla bilər

09 Sent 2016 “Manatın ucuzlaşması qaçılmazdır” - VİDEO

08 Sent 2016 Manatın rəsmi məzənnəsinin mənası nədir ?

08 Sent 2016 Qızıl bahalaşdı

01 Sent 2016 Azərbaycan nefti 47 dollara düşüb

31 Avq 2016 Dollar sürətlə bahalaşır

Xəbər lenti