|
2015-ci ildə ən çox neft ABŞ-da hasil olunub.
Transparency.az CNN-ə istinadla bildirir ki, ötən il bu ölkədə gündəlik 13,7 milyon barrel neft çıxarılıb.
Neft hasilatının həcminə görə ikinci yerdə gündəlik 11,9 milyon barrellə Səudiyyə Ərəbistanı dayanıb.
Üçüncü yeri gündəlik 11 milyon barrel hasilatla Rusiya tutub.
İlk onluqdakı digər ölkələr siyahıda belə sıralanıb:
Çin – gündə 4,6 milyon barrel
Kanada – 4,4 milyon barrel
İraq – 4 milyon barrel
BƏƏ – 3,5 milyon barrel
İran – 3,4 milyon barrel
Meksika – 2,7 milyon barrel
Küveyt – 2,7 milyon barrel.
Bu rəqəmlər xam neft və maye qaz kondensatını ehtiva edir.
Transparency.az bildirir ki, ötən il Azərbaycanda 41 milyon 586 min ton neft hasil olunub. Bu, gündə təqribən 843 min barrel deməkdir.