|
2013-cü ilin noyabrında Ukraynada Maydan hərəkatı başladı. Bunun ardınca Rusiya 2014-cü ilin martın 18-də Krımı ilhaq etdi. Məhz bundan sonra Qərb Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq etməyə başladı.
Axar.az xəbər verir ki, 2014-cü ilin ikinci rübündən etibarən isə neft qiymətləri kəskin ucuzlaşmağa başladı və Rusiyanın milli valyutası rubl dollar və avroya nisbətdə dəyər itirdi.
Rusiya iqtisadiyyatının 2 il ərzində Qərbin sanksiyaları, neftin ucuzlaşması və rublun çökməsi nəticəsində verdiyi itkiləri təqdim edirik:
Rusiyanın 2014-cü il üzrə dövlət büdcəsi 428,6 milyard dollar olub. 2016-cı ildə bu rəqəm 207 milyard dollara düşüb. Bu il Rusiya büdcəsində kəsrin 34 milyard dollar olması gözlənilir.
2014-cü ilin yanvarın 1-də Rusiya Ehtiyat Fondunun aktivləri 87,38 milyard dollar olub. 2016-cı il martın 1-da isə bu rəqəm 49,90 milyard dollara düşüb.
Rusiya Mərkəzi Bankının valyuta ehtiyatları 2014-cü il yanvarın 1-i 506 milyard dollar olub. 2016-cı ilin fevralında isə bu rəqəm 379 milyarda düşüb.
Rusiya Milli Rifah Fonduna gəldikdə isə 2014-cü il yanvarın 1-i 88,63 milyard dollar aktivlərə malik olub. 2016-cı il martın 1-də bu rəqəm 71,34 milyard dollar təşkil edib.