|
Gürcüstan Rusiyanın "Qazprom" şirkəti ilə razılıq əldə edib.
Trend-in məlumatına görə, bu barədə Gürcüstanın energetika naziri Kaxa Kaladze məlumat verib.
Onun sözlərinə görə, Gürcüstanın Rusiya qazının Ermənistana əvvəlki tranzit şərtlərinin ilin sonunadək qüvvədə qalması təklifinə Moskvadan müsbət cavab gəlib.
Bu qərara əsasən, Gürcüstan əvvəlki kimi tranzit həcmlərinin 10% alacaq.