|
Birjalarda neftin qiyməti artıb.
Axar.az “Blumberq”ə istinadən xəbər verir ki, “Brent” markalı xam neftin bir barrelinin qiyməti 1,16 dollar artaraq 34,56 dollar olub.
VTİ markalı neftin bir barrelinin qiyməti isə 3,23 dollar artaraq 33,45 dollar təşkil edib.
“Azəri Layt” markalı Bakı neftinin bir barrelinin qiyməti 2,16 dollar yüksələrək 35,42 dollara satılıb.