|
Azərbaycanın enerji sektorunda fəaliyyət göstərən müəssisələr xeyli köhnəlib və onların çox böyük investisiyalara tələbatı var.
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında energetika naziri Natiq Əliyev deyib. N.Əliyevin sözlərinə görə, həmin müəssisələri fiziki şəxslər özəlləşdirə bilməz: "SOCAR-ın özəlləşdirilməsindən söhbət gedə bilməz. Bunu cənab Prezident də deyib. Digər enerji müəssisələrindən isə yalnız köməkçi qurumlar özəlləşdirilə bilər. Amma həmin müəssisələr köhnədir və böyük investisiya tələb edir. Təxminən 4 mlrd. dollar investisiya lazımdır. Bunu isə fiziki şəxs edə bilməz. Ancaq hansısa şirkət bunu edə bilər. Yaxud biz onların özəlləşdirilməsi üçün başqa yollar tapmalıyıq"