|
CE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 1,94 dollar və ya 6,28% ucuzlaşaraq 28,94 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında yanvarın 16-də keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,78 dollar və ya 5,71% azalaraq 29,42 dollar təşkil edib.
Dünya bazarlarında neftin qiyməti 2015-ci ilin sonlarında düşməyə başlayıb. Analitiklər dünyanın qabaqcıl investisiya banklarından olan “Goldman Sachs”ın qiymətlərin 20 dollaradək ucuzlaşacağına dair proqnozlarını nəzərə alaraq bu barədə təxminlərində bir az ehtiyatlı davranırlar.