Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) 2015-ci ildə 21 milyon 996 min 471 ton xam neft ixrac edib. SOCAR-ın yaydığı məlumata görə, bu, 2014-cü illə müqayisədə təxminən 10% azdır.
SOCAR 2014-cü ildə 24 milyon 372 min 793 ton xam neft ixrac etmişdi.
Ümumilikdə yanvar-dekabr ayları ərzində Novorossiysk limanından 1 milyon 270 min 108 ton, Supsa limanından 2 milyon 794 min 905 ton, Ceyhan limanından isə 17 milyon 931 min 458 ton xam neft ixrac edilmişdir.
SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.
SOCAR 2014-cü ilin yanvar-dekabr ayları ərzində Novorossiysk limanından 932 min 155 ton (2013-cü ildə 1,75 milyon ton), Supsa limanından 2 milyon 957 min 390 ton (2013-də 2,73 milyon ton), Ceyhan limanından isə 20 milyon 483 min 248 ton (2013-cü ildə 19,75 milyon ton) xam neft ixrac etmişdi.