|
Azərbaycanda dolların məzənnəsi qalxıb.
Teleqraf.az Mərkəzi Banka istinadən xəbər verir ki, bugünkü məzənnəyə əsasən, 1 dollar 1.5511 manat, avro isə 1,6939 manat təşkil edir.
Qeyd edək ki, dünən 1 dollar 1.5500 manat, avro isə 1,6850 manat olub.
Xatırladaq ki, dekabrın 21-də Mərkəzi Bank “Üzən məzənnə” rejiminə keçid haqda qərar qəbul edib və həmin gün dolların qiyməti 50 faiz bahalaşıb.