|
Azərbaycanda dolların məzənnəsi qalxıb.
Teleqraf.az Mərkəzi Banka istinadən xəbər verir ki, bugünkü məzənnəyə əsasən, 1 dollar 1.5500 manat, avro isə 1,6850 manat təşkil edir.
Qeyd edək ki, həftəsonu 1 dollar 1.0499 manat, avro isə 1,1394 manat olmuşdu.
Xatırladaq ki, fevralın 21-dən Mərkəzi Bankın yeni qərarı ilə dolların məzənnəsi 1,05 manat olub, avronun məzənnəsi isə 1,1950 təşkil edir.