"Dekabr ayının 8-11-i arası Azərbaycan Mərkəzi Bankının ehtiyatları 255 milyon dollar azalıb ki, bu da günə 63.7 milyon dollar deməkdir”.

Teleqraf.az xəbər verir ki, bunu "Bizim Yol”a iqtisadçı-ekspert Natiq Cəfərli deyib. Valyuta ehtiyatlarının azalmasının səbəblərinə toxunan N.Cəfərli deyir ki, bu müxtəlif amillərə bağlıdır: "Mərkəzi Bankın valyuta ehtiyatlarının azalması biznes mühitinin yaxşılaşmadığını göstərir. Eyni zamanda əhalinin əlində olan vəsaitin xaricə çıxarılması ilə də bağlı ola bilər. Məsələn, Türkiyədə daşınmaz əmlak bazarına investisiya yatırmaqda Azərbaycan vətəndaşları ilk üçlüyə daxil olub.

Digər bir səbəb isə vaxtilə Rusiyada çalışan soydaşlarımızın Azərbaycanın daşınmaz əmlak, avtomobil, qızıl bazarına etdikləri yatırımlar ətrafında gedən proseslərdir. İndi Rusiyada iqtisadi-sosial vəziyyət pisləşdiyindən azərbaycanlılar həmin əmlaklarını sataraq, dollara çevirib ölkədən çıxarırlar. Onlar bununla oradakı işlərini qorumağa çalışırlar.

Bundan başqa ölkədə məmurlarla, banklarla bağlı əməliyyatlar aparılır. Onlara yaxın çevrədən olan adamların bundan təşvişə düşüb əllərində olan vəsaiti Azərbaycandan çıxarmağa çalışması ehtimalı da yüksəkdir. Yəni səbəblər çoxdur. Onların hamısını bir-birinin üzərinə gələndə Mərkəzi Bankın rezervlərinə ciddi təsir göstərir".

İqtisadçı yaxın həftələrdə manatda növbəti devalvasiyanın müşahidə olunacağını söylədi: "Bu gün çox vacib bir gündür. Federal Rezerv Sisteminin iclası olacaq və ilkin nəticələrini açıqlayacaq. Çox böyük ehtimalla təşkilat uçot dərəcələrini artıracaq. Hətta bu, həll olunmuş məsələdir. Uçot dərəcələrinin artırılması Azərbaycana da təsirsiz ötüşməyəcək. Fikrimcə, Azərbaycan Mərkəzi Bankının gözləntilərindən biri budur ki, dünyada gözləntilər başlasın, Federal Rezerv Sistemi bu addımı atsın, ondan sonra manatın yüngül devalvasiyasına başlasın. Bunu isə dünyada gedən proseslərlə izah etməyə çalışacaqlar. Çox güman ki, Mərkəzi Bank belə bir arqument axtarır ki, öz məsuliyyətini xaricdə baş verən proseslərin üzərinə atsın. Yəqin ki, bu, ya da gələn həftə manatın yumşaq şəkildə devalvasiyasının şahidi olacağıq".

N.Cəfərli bu dəfəki devalvasiyanın fevral ayındakı kimi kəskin olacağını düşünmür: "Ona görə ki, Mərkəzi Bank və hökumət də anladı ki, Azərbaycan iqtisadiyyatı buna hazır deyil. Əslində, iqtisadiyyat birinci devalvasiyanı hələ həzm edə bilməyib, bank sektorunda vəziyyət çox ağırdır, pərakəndə satış çöküb, ticarət dövriyyəsi azalıb. Hökumət üzən məzənnə formulunu ortaya boş yerə atmayıb. Onu iqtisadi kateqoriya kimi insanların beyinlərinə yeritməyə çalışırlar. Üzən məzənnəyə uyğun olaraq, yenə də manatın məzənnəsinin inzibati qaydada təyin olunması olacaq. Çünki Azərbaycanda üzən məzənnəyə keçmək üçün iqtisadi institutlar yoxdur, bu mümkünsüzdür. Sadəcə olaraq, inzibati qaydada manatın kursu yumşaq şəkildə dəyişəcək. Milli valyutanın mərhələ-mərhələ dəyərdən düşməsinə qərar verəcəklər".

 

Bölməyə aid digər xəbərlər

02 Sent 2020 “ARDNF bir işçiyə hər ay orta hesabla 16 min manat xərcləyir” -EKSPERT

06 Apr 2019 “Elə mexanizm qurmalıyıq ki, dünyada qəbul olunan standartlar Azərbaycanda da qəbul olunsun”

09 Okt 2018 Azərbaycan nefti ucuzlaşdı

20 Fev 2018 Bankda əmanət necə olur ki, “qorunmayan” statusa keçir?

06 Fev 2018 ARDNF AÇG və "Şahdəniz"dən 131,6 mlrd. dollaradək gəlir əldə edib

06 Fev 2018 Azərbaycan nefti bahalaşıb

06 Fev 2018 Mərkəzi Bank yeni məzənnəni açıqladı

05 Fev 2018 Dolların bu günə olan rəsmi məzənnəsi –Mərkəzi Bank

25 Okt 2017 2018-ci ilin büdcəsinin hər 100 manatından 55 manat 10 qəpiyini neft pulu təşkil edəcək

26 Okt 2016 Dollar yenə bahalaşdı

18 Okt 2016 Azərbaycan nefti ucuzlaşdı

18 Okt 2016 Dollar bu gün neçəyə satılır?

17 Okt 2016 Bakıda evlərin qiyməti qalxmağa başladı

14 Okt 2016 Azərbaycan nefti yenə ucuzlaşdı

13 Okt 2016 Neft yenidən ucuzlaşdı

10 Okt 2016 Dollar ucuzlaşdı

08 Okt 2016 Azərbaycan nefti ucuzlaşıb

01 Okt 2016 Azərbaycan-İran avtomobil zavodunun ilk məhsulu nə vaxt hazır olacaq?

30 Sent 2016 Azərbaycan nefti 3 dollardan artıq bahalaşıb

29 Sent 2016 Qızıl bahalaşdı

22 Sent 2016 Rusiyadan neft hasilatı ilə bağlı rekord nəticə

21 Sent 2016 FES uçot dərəcəsini dəyişməyib

21 Sent 2016 Qızıl 3 dollardan çox ucuzlaşıb

20 Sent 2016 Dollar bu gün neçəyə satılır - Rəsmi məzənnə

16 Sent 2016 SOCAR-ın səhmləri satışa çıxarıla bilər

09 Sent 2016 “Manatın ucuzlaşması qaçılmazdır” - VİDEO

08 Sent 2016 Manatın rəsmi məzənnəsinin mənası nədir ?

08 Sent 2016 Qızıl bahalaşdı

01 Sent 2016 Azərbaycan nefti 47 dollara düşüb

31 Avq 2016 Dollar sürətlə bahalaşır

Xəbər lenti