|
Dünya bazarında neftin qiyməti yenidən düşməyə başlayıb.
“Qafqazinfo” RBK-ya istinadən xəbər verir ki, bu gün axşam Brent markalı neftin bir barrelinin qiyməti 38 dollardan da aşağı düşüb. Hazırda bu neftin bir barrelinin qiyməti 37,94 dollarda qərarlaşıb.
WTI markalı neftin də qiymətində enmə müşahidə olunur. Belə ki, hazırda WTI-nin bir barreli 35,64 dollardan satılır.
Bu qiymət 2008-ci ildən bəri ən aşağı səviyyə kimi dəyərləndirilir.