|
2015-ci ilin yanvar-oktyabr aylarında Rusiyanın neft ixracından gəliri ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,75 dəfə azalaraq 76 milyard 738 milyon dollar olub.
Novator.az xəbər verir ki, Rusiya Federal Gömrük Xidmətinin məlumatına görə, 2014-cü ildə ölkənin neft ixracından gəliri 153 milyard 878 milyon dollar həcmində qərarlaşıb. Bu, 2013-cü illə müqayisədə 11,3% azdır.
Məlumata görə, bu ilin əvvəlindən Rusiya 201,24 milyon ton neft ixrac edib, bu isə 2014-cü ilin eyni dövrü ilə müqayisədə 7,63% çoxdur.