|
31 İyul 2015-ci il tarixinə Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 8 milyard 501.5 milyon dolar təşkil edib.
“Marja” Mərkəzi banka istinadən xəbər verir ki, bu, 30 iyun 2015-ci il tarixi ilə müqayisədə 18,7 milyon dollar azdır.
Aprel ayının sonunda Mərkəzi Bankın valyuta ehtiyatları 8 milyard 387.9 milyon dollaradək düşmüş, May-İyun aylarında isə yenidən artmağa başlamışdı.
Qeyd edək ki, bu gün neftin qiyməti 50.85 dollaradək düşüb, rubl isə dollar qarşısında 63 rubla qədər ucuzlaşıb. Yenidən bu ili Yanvar-Fevral aylarındakı riskli günlər başlayıb. Vəziyyətin getdikcə pisləşməsi devalvasiya ehtimallarını gücləndirir.