|
Dünya bazarında neftin qiyməti ucuzlaşıb.
İCE London birjasında Brent markalı neft 0,2 faiz ucuzlaşaraq 54,50 dollara düşüb.
WTi markalı neft isə 0,5 faiz ucuzlaşaraq barelli 47,87 dollar olub.
Azərbaycan neftinin qiyməti də 2 dollara yaxın azalıb.
Azərbaycan Dövlət Neft Şirkətinin Marketinq və iqtisadi əməliyyatlar idarəsindən "APA-Economics"ə verilən məlumata görə, London birjasında dünən keçirilmiş hərraclarda "AzeriLight" markalı neftin bir barelinin qiyməti 2,80% və ya 1,62 dollar azalaraq 57,71 dollar olub.