|
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Bakı-Tbilisi-Qars (BTQ) yeni dəmiryolu xəttinin yaradılması layihəsini maliyyələşdirməyə başlamasından etibarən 545 milyon dollar (2015-cü il iaprelin 1-nə) ayrılıb.
Teleqraf.az xəbər verir ki,bu barədə Trend ARDNF-yə istinadən məlumat verir.
Azərbaycan və Gürcüstan arasında imzalanmış sazişə uyğun olaraq, vəsaitlər Azərbaycan Beynəlxalq Bankı vasitəsilə "Marabda-Kartsaxi Dəmiryolu" MMC-yə köçürülüb. MMC Marabda-Türkiyə sərhədi dəmiryolu sahəsinin və müvafiq infrastruktur obyektlərinin layihələndirilməsi, tikintisi, bərpası, yenidən qurulması və istismarı məqsədilə yaradılıb.
Məlumata görə, 2015-ci ilin I rübündə layihənin reallaşdırılmasına Fond tərəfindən 4,6 milyon dollar ayrılıb.
Qeyd edək ki, BTQ dəmiryolu Gürcüstan-Azərbaycan-Türkiyə dövlətlərarası sazişi əsasında tikilir.