|
İngiltərənin "Teleqraf" nəşri dünyanın ən çox qazanan məşqçilərinin siyahısını açıqlayıb.
Komanda.az xəbər verir ki, siyahıda 1-ci yerdə "Mançester Siti"nin ispaniyalı çalışdırıcısı Xosep Qvardiola yer alıb. "Barselona" və "Bavariya"nın sabiq çalışdırıcısı "şəhərlilər"in "sükanı arxasında" ilinə 15,3 milyon funt-sterlinq qazanır.
2-ci pillədə isə Qvardiolanın yayda tərk etdiyi "Bavariya"nın baş məşqçisi Karlo Ançelotti yer alıb. İtalyan mütəxəssis Münhen klubunda ilinə 12,6 milyon funt-sterlinq qazanır. Ançelottidən 300 min funt-sterlinq az qazanan "Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo isə 3-cü pillədə qərarlaşıb.
Sonrakı pillələrdə isə Arsen Venger ("Arsenal" - 8,9 milyon), Luis Enrike ("Barselona" - 7,2 milyon), Yurgen Klopp ("Liverpul" - 7 milyon), Antonio Konte ("Çelsi" - 6,6 milyon), Ronald Kuman ("Everton" - 6 milyon), Dieqo Simeone ("Atletiko" - 5,1 milyon), Zinəddin Zidan ("Real" - 4,6 milyon) yer alıblar.
Maraqlıdı ki, ilk onluqda yer alan məşqçilərdən 6-sı İngiltərə Premyer Liqasında çalışır.