|
Əli Əliyev: “Hakimiyyət azadfikirli insanlara qarşı amansız siyasətini davam etdirəcək”
Teleqraf.az xəbər verir ki, VİP sədri Əli Əliyev Politika.Az-a açıqlamasında REAL hərəkatının icra katibi Natiq Cəfərlinin həbsinə münasibət bildirib. N.Cəfərlinin siyasi mövqeyinə görə həbs edildiyini bildirən partiya sədri, bunun hakimiyyətin gələcək siyasəti haqqında da aydın təsəvvürlər yaratdığını vurğuladı:
“Bu, hakimiyyətin siyasətinin dəyişmədiyinin göstəricisidir. Bu olay bir daha göstərir ki, hakimiyyət azadfikirli insanlara qarşı amansız siyasətini davam etdirəcək. N.Cəfərlinin də həbsi bu qəbildən olan həbsdir. Çünki Natiq bəy uzun müddətdir ki, hakimiyyətin iqtisadi siyasətini ciddi şəkildə tənqid edirdi. İlqar Məmmədovun həbsdə olduğu bir zamanda N.Cəfərlinin REAL-ın əsas ağırlığını öz üzərinə götürməsi də, həbsin əsas səbəblərindən biridir. Rəsmi iddianın nədən olmasındna asılı olmayaraq, onun siyasi mövqeyinə görə həbs edildiyi danılmazdır”.