|
Fransanın Nitsa şəhərində sürətlə hərəkət edən yük maşını bulvarda atəşfəşanlığı seyr etməyə toplaşan insanlara çırpılıb.
“Qafqazinfo” xəbər verir ki, baş vermiş dəhşətli terror nəticəsində 80-dən çox adamın öldüyü bildirilir. Terrorçuların bulvarda 2 kilometrə qədər sürdüyü yük maşını qarşısına çıxan hər kəsi əzib. Məlumata görə terrorçular daha sonra insanları atəşə tutublar. 100-dən çox yaralının olduğu bildirilir.