|
Suriyanın şimalında, Türkiyə ilə sərhəddə gedən döyüşlər zamanı “Cəbahət ən-Nüsra” terror təşkilatının üzvü, Gürcüstanın Telavi şəhərində doğulan azərbaycanlı Beslan Muxtarov öldürülüb.
AzVision.az bu barədə Türkiyə KİV-nə istinadən xəbər verir.
Muxtarovun üç ay əvvəl Suriyaya gəldiyi bildirilir. Yayılan məlumatda Beslanın Rusiya təyyarələrinin Türkmən dağı ərazisinə endirdiyi aviazərbələr nəticəsində öldürüldüyü qeyd olunur.
Muxtarov ixtisasca həkim olub. 2011-ci ildə Türkiyə xüsusi xidmət orqanları onun radikal islamçılarla əlaqədə olması şübhəsi ilə bağlı araşdırmalara başlayıb. Bundan sonra Beslan Muxtarovun Türkiyəyə girişinə qadağa qoyulub.
Muxtarov qadağadan sonra Gürcüstana qayıdıb və çoban işləyib. 2015-ci ilin oktyabrında o, yenidən Suriyaya qayıdıb. O, burada əsasən yaralı döyüşçüləri müalicə etməklə məşğul olub.
B.Muxatovun anası Tamamgül Muxtarovu onkoloji xəstəlikdən əziyyətdən çəkir. Oğlunun ölüm xəbərini eşitdən qadının vəziyyəti pisləşib.