|
Hüquq müdafiəçilərinə qarşı təqib və təzyiqlərlə bağlı sənəddə daha nələr var?
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yanvar sessiyasında üzv dövlətlərdə hüquq müdafiəçilərinin vəziyyətilə bağlı qətnamə qəbul olunub. Sənəddə Azərbaycan hüquq müdafəçilərinə qarşı repressiyalar həyata keçirən dövlət kimi təqdim olunub. ?Avropa Şurasının üzvü olan dövlətlərdə hüquq müdafiəcilərinin rolunun və müdafiəsinin gücləndirilməsi? adlı qətnamənin tərcüməsini təqdim edirik:
***
Parlament Assamleyası 2009 və 2012-ci illərdə qəbul etdiyi, Avropa Şurasına üzv dövlətlərdə insan haqları müdafiəçilərinin vəziyyətinə dair 1660 və 1891 saylı qətnamələrinə; Avropa Şurasının hüquq müdafiəçilərinin özlərinin müdafiəsinin yaxşılaşdırılmasına dair fəaliyyətilə bağlı Nazirlər Komitəsinin 6 fevral 2008-ci il tarixli Bəyannaməsinə və qeyri-hökumət təşkilatlarının hüquqi statusu ilə bağlı tövsiyələrinə əsaslanır.
Assambleya insan hüquqlarının və fundamental dəyərlərin müdafiəsi və təşviqi istiqamətində gördükləri işi yüksək qiymətləndirir.
Assambleya vurğulayır ki, hüquq müdafiəçilərinin müdafiəsinə görə məsuliyyət ilk növbədə dövlətlərin üzərindədir. Bir sıra hallarda dövlətlər həm də hüquq müdafiəçilərinin fəaliyyətinə maneələrə, onların hədə-qorxuya məruz qalmasına görə də məsuliyyət daşıyır.
Assambleya qeyd edir ki, Avropa Şurasına üzv dövlətlərin əksəriyyətində
Hüquq müdafiəçiləri azad mühitdə işləyirlər, fəaliyyətlərinə normal şərait yaradılır. Bununla belə, bir sıra üzv dövlətlərdə, o cümlədən, Azərbaycan, Rusiya və Türkiyədə hüquq müdafiəçilərinə qarşı repressiyaların güclənməsi dərin narahatlıq doğurur. Həmçinin bəzi ölkələrdə, o cümlədən Gürcüstanda bu sahədə vəziyyətin pisləşməsi barədə narahatlıq doğuran siqnallar gəlir. Məsələn, ictimai hücumlar, hədələr, fiziki hücumlar, siyasi motivli işlərə çıxan hüquqşunaslara qarşı təzyiqlər və hədə-qorxular. Krım və dövlət orqanlarının nəzarətində olmayan digər ərazilərdəki vəziyyətAssambleyanı xüsusən narahat edir. Assambleya qeyd edir ki, bir sıra ölkələrdə hüquq müdafiəçilərinin fəaliyyətini məhdudlaşdırmaq məqsədilə qeydiyyat, maliyyələşmə, xesusən xaricdən maliyyə alınması kimi məsələlərlə bağlı qanunvericiliyə məhdudlaşdırıcı müddəalar daxil edilir. Həmçinin ?terrorla mübarizə? bəhanəsilə də məhdudlaşdırıcı tədbirlər görülür. Insan haqları müdafiəçilərinin fəaliyyətinə mane olmaq məqsədilə onların qanunsuz saxlanılması, hətta uzunmüddətli həbs cəzasına məhkum edilməsi halları da var. Assambleya hüquq müdafiəçilərinə qarşı bu cür davranışı pisləyir və insan haqlarının müdafiəsi, dövlət məmurlarının özbaşınalığına, korrupsiya qarşı mübarizədə öz həyatını və təhlükəsizliyini risk altına qoyan şəxslərin gördükləri işi dəstəkləyir.
Assambleya təəssüflənir ki, hüquq müdafiəçilərinə qarşı ciddi hücumların, o cümlədən, qətl, adam oğurluğu, işgəncə halları ilə bağlı hadisələrin bir qismi araşdırılmamış qalıb. Hüquq müdafiəçilərinin özü hücum hədəfinə çevriləndə bu, onların köməyinə ümid bəsləyən vətəndaşlara da sarsıdıcı mesaj göndərmiş olur.
Bütün bunlarla əlaqədar Assambleya üzv dövlətlərə çağırış edir:
6.1. Hüquq müdafiəçilərinə qarşı istənilən hədə-qorxu və repressiyalardan, xüsusən, fiziki hücumlar, qanunsuz saxlanılmalar, inzibati və ya məhkəmə təqibindən çəkinin;
6.2. hüquq müdafiəçilərinin fəaliyyəti və müdafiəsi üçün normal şərait yaradın, onlara qarşı hədələnmə, repressiya halları ilə bağlı effektiv araşdırma aparın, cəzasızlıq mühitinə qarşı tədbir görün;
6.3. hüquq müdafiəçilərinin fəaliyyətini və maliyyə çatımlığını məhdudlaşdıran qanunların qəbulundan çəkinin, belə məhdudlaşdırıcı müddəlar varsa, onları aradan qaldırın;
6.4. hüquq müdafiəçilərinin iştirakının mümkün olduğu yerlərdə, o cümlədən insan haqları və fundamental dəyərlərə aid qanunvericilik aktlarının qəbulunda onların iştirakına imkan yaradın;
6.5. KIV-də və digər qeyri-hökumət subyektləri tərəfindən hüquq müdafiəçilərinə qarşı qarayaxma kampaniyalarından çəkinin, bu cür kampaniyaları pisləyin;
6.6. Hüquq-müdafiə təşkilatları və onların təmsilçilərini qanunsuz izləmə hallarından çəkinin;
6.7. Hüquq müdafiəçilərinin gördükləri işlə bağlı məlumatın yayılması, onların cəmiyyətə çatdırılması üçün maarifləndirmə xarakterli tədbirlər görün;
6.8. Vətəndaş cəmiyyətinin inkişafına aktiv dəstək verin, onu məhdudlaşdırmayın;
6.9. Insan haqlarını müdafiə edən təşkilat və şəxslərə münasibətdə həmrəylik nümayiş etdirin.