|
Əli Kərimli: “Davam etmək istəsəydilər, bizimlə davam edərdilər”
Müsavat Partiyası başqanının müavini Osman Kazımov Müxalifət liderlərinin bir araya gəlməsi niyyəti ilə İsa Qəmbərə, Arif Hacılıya, Əli Kərimliyə və Mirmahmud Mirəlioğluna müraciət edərək, küsüləri,haqsızlıqları - kimin tərəfindən olmasından asılı olmayaraq unutmanızı və bir masa ətrafında əyləşərək mövcud durumu müzakirə etməyinizi xahiş edib.
Azadlıq Radiosunda tanınmış vəkilin müraciətinə münasibət bildirən Əli Kərimli, Milli Şuradaydıq, “Davam etmək istəsəydilər, bizimlə davam edərdilər.” Deyərək dolayısı ilə müxalifətin birlik çağrışını rədd edib.
-Müxalifət arasında umu-küsü yoxdur. Hərə özünün doğru bildiyi yolda hərəkət edir. Belə məsələləri şəxsləşdirməyə ehtiyac yoxdur. Mən heç bir şəxslə küsülü deyiləm, istənilən hər kəslə də istənilən mövzunu müzakirə edə bilərəm. Söhbət müxalifət arasında hansısa umu-küsüdən getmir. Biz hamımız Milli Şurada bir yola çıxdıq, bu gün də yolumuza davam edirik, kimlərsə bu yolu hansı səbəbdən davam etdirə bilməyibsə, mən ona cavabdeh deyiləm.
Neft gəlirlərinin kəskin azalmasından sonra ölkədə yaranmış situasiyanı müzakirə etmək, hər hansı fəaliyyət planı hazırlamaq üçün müxalifətin bir masa arxasına oturmasına lüzum varmı? Sualına isə AXCP sədri bunları deyib:
-Biz bir yerdəydik, Milli Şuradaydıq. Davam etmək istəsəydilər, bizimlə davam edərdilər. Çox təəssüf ki, Milli Şuranı tərk ediblər, hal-hazırda hərə doğru bildiyi yolda hərəkət edir.
Elşən