Vətəndaş və İnkişaf  Partiyasının (VİP) sədri Əli Əliyev Nazirlər Kabinetinin yanvarın 10-da keçirilən toplantısına münasibət bildirirərək, toplantını tənqid edib.  Teleqraf.az Əli Əliyevin münasibətini təqdim edir:

Səbrsizliklə gözlənilən 2015-ci ilin yekunları ilə bağlı müşavirə keçirildi. Hamı gözəl anlayır ki, vəziyyətimizin bütün sferalarda necəliyi o salona yığışan insanların qəbul edəcəyi qərarlardan asılıdır. Əlbəttə ki, bu, hələlik belədir. Çünki əhali tədricən neft anesteziyasından oyanır. İnsanlar neft pullarının izafi istehlakından sonra görməyə başlayıblar ki, onları bihuş etmiş neft narkozu ölkənin talan edilməsi üçün istifadə edilib.

Misal üçün, dünən mətbuatda AZAL şirkətinin rəhbəri Cahangir Əsgərovun bir əməliyyatı ilə bağlı imzalı məqalə işıq üzü görüb. Eyni zamanda, məqalədə dövlət büdcəsindən, adı çəkilən şəxsin rəhbərlik etdiyi qurumun borclarının bağlanmasına 1.5 milyarda yaxın vəsait transfer edilib. Başqa bir Cahangirin - bu dəfə Hacıyevin, Beynəlxalq Bankda törətdikləri uzun müddət ictimai müzakirədədir. Lakin birinci Cahangirdən fərqli olaraq, o, içəridə izahat verir. Əlbəttə ki, xalq əmlakına, dövlət saxlanclarına müdaxilə imkanları və oğurluq faktları təkcə Cahangirlərə aid deyil. Bu komandanın digər isimli ünlüləri də oğurluqda "tutulub", lakin onların bayırda olmasının səbəbi hakim ideyaya müvəqqəti sədaqətləridir. Müvəqqəti ona görə ki, gözlənilən adlı sanksiyalar zamanı bu sədaqətin qeybə çəkiləcəyinə əminəm.

Qayıdaq əsas məsələyə - müşavirəyə. Təəssüf ki, dünən heç bir telekanal adət etdiyimiz tərzdə müşavirəni translyasiya etmədi. Bu vaxta qədər müşavirələr operativ redaktə edilir, senzuradan keçir və dərhal ictimai fikrə ötürülürdü. Lakin dünən bunun şahidi olmadıq. Deməli, senzura qayçısının çox işləməsinə və redaktənin miqyaslı müdaxiləsinə ehtiyac olub. Əks halda iqtidar ideoloqları belə ləngiməzdilər. Bu faktın özü sübut edir ki, müzakirə bizə təqdim olunan xülasədəki qədər hamar və rəvan olmayıb. Gözləyək görək, siyasi süzgəcdən sonra qalan məlumat reagenti nədən ibarətdir.

Lakin dünən hakimiyyət PR-çıları qısa xülasə təqdim etdilər. Müşavirə rezümesindən aydın olur ki, Azərbaycanda hər iş əla gedir. Hətta ötən il 20 milyardlıq investisiya yatırılıb. Demək olar ki, bütün iqtisadi göstəricilərdə artım müşahidə olunub. Əlbəttə ki, bunu bizə hakimiyyətimiz deyir. Hətta cəmiyyəti depressiyaya salmış iqtisadi və maliyyə reallıqlarında hökümətin deyil, dünyanın suçlu olduğu başa düşülür. Belə ki, hamının üzləşdiyi və artıq daddığı böhran kənardakıların törətdiyidir. Sən demə, "neftin qiymətinin enişi obyektiv iqtisadi qanunauyğunluğa deyil, siyasi konyukturaya görədir". Maaşı və ya təqaüdü alıcılıq qabiliyyətini 2 dəfə itirmiş orta statistik azərbaycanlıya necə başa salaq bu mürəkkəb terminologiyanı? Hələ bu yanaşma düzgün olsa idi, nəsə danışmaq olardı. Bəs maya dəyəri bizdə 8-9 $, ərəb ölkələrində 1-2 $ olan neftin bazarda satışı 140 $ olduqda niyə iqtisadi qanunauyqunluqlardan danışmırdıq? Həmin o səhra bədəviləri neft pullarını təhsilə, kosmonavtikaya, dünya birjalarındakı qiymətli kağızlara yatıranda, biz nə edirdik? Deyim. Hacıbalaya divar qaşıtdırır, Ziyaya 1 km-i 16-18 milyona (bütün dünyada bu rəqəm 1 milyon $-dan çox deyil) yollar saldırır, Azada stadionlar və idman qurğuları tikdirir, Əbülfəzə muzey və konsert salonları sifariş verir, Cahangirə təyyarə alıb, dotasiya hədiyyə edirdik və s. Adı çəkilməyən digər nazir və komitə rəhbərləri də belə izafi məsrəf sahibi olublar. Diqqət yetirin, xərclərin siyahısında bir dənə də olsun sfera yoxdur ki, oradan yatırılan vəsait qayıtsın, yatırılan kapital daimi iş yeri formalaşdırsın, dünyaya çıxarılan rəqabət qabiliyyətli məhsul istehsal edilsin, ölkəyə kapital axını təmin edilsin.Bax budur fərsiz və antimilli iqtisadi siyasət.

Bizi inandırmaq istəyirlər ki, düşdüyümüz vəziyyət bu hakimiyyətin deyil, xarici qüvvələrin işidir. Yəni neft 30 $-a düşməsə idi, vəziyyətimiz yaxşı olardı. Bu nə yanaşmadır? Nəyə görə Allahın bu millətə bəxş etdiyi neft gəlirlərindən faydalı istifadə etməmisiniz? Nəyə görə bu 20 ildə rəqabət qabiliyyətli iqtisadiyyat qura bilməmisiniz, qarşılığında xalqın ilahi sərmayəsini dağıtmısınız? Məgər xaricilər bu suala cavab verməlidirlər? Düşmən Ermənistanın ki, nefti yoxdur. Bəs necə olur ki, onlar neftsiz yaşayırlar? Nəinki yaşayır, hətta əhalisinə bizdən çox maaş verirlər. Belə qənaətə gəlirəm ki, onların hakimiyyəti öz xalqının qayğısına bizim hakimiyyətdən çox qalır. Əks halda, bu quru statistika hayların xeyrinə olmazdı. Bir qənaət də odur ki, orada hakimiyyətdə torpaqlarımızı işğal edən millətçi kəsim, bizdə isə Baş nazirimiz 20 yanvar faciəsi zamanı, Bakıya işğalçı rus ordusunu dəvət etmiş şəxs, hakimiyyətdəki əksəriyyət isə, 1991-ci ildə SSRİ-nin qalmasına səs vermiş şəxslər və ya onların törəmələri, ideya xələfləridir...

 

Bölməyə aid digər xəbərlər

04 May 2024 ABŞ-ın Stirlinq Fondu Azərbaycanda mina təhlükəsi ilə bağlı maliyyə yardımı ayıracaq

27 Apr 2024 Bazar günü Bakıda 31 dərəcə isti olacaq

26 Avq 2023 Beton tökən qurğu Ordubad sakininin ölümünə səbəb olub

19 İyul 2023 İranın şimalında 4,7 bal gücündə zəlzələ qeydə alınıb.

19 İyul 2023 Seçkilərin ilkin mərhələsinin NƏTİCƏLƏRİ

24 Sent 2022 Xəzər Teyyublunun avtomobilini oğurlamağa cəhd ediblər

01 İyun 2022 Bu ilin əvvəlindən Afrikada 70-ə yaxın insan meymunçiçəyindən ölüb

13 Mart 2022 Bu gün 19 mindən çox şagird buraxılış imtahanı verəcək

13 Mart 2022 Moskvada Rüstəm İbrahimbəyovla vida mərasimi başlayıb - FOTO

05 Yan 2022 Şuşada təzə məscid tikilir, 6 bina söküləcək

10 Noy 2021 Sumqayıt bələdiyyəsinin şefi adamdöyən bacıoğlunu həbsdən çıxarır - Təfsilat

09 Noy 2021 Muradov Xankəndinə gəlir

30 Okt 2021 Müdafiə naziri qoşunlara tapşırıqlar verdi

28 Okt 2021 Bakıda daha bir məktəb distant tədrisə keçib

26 Sent 2021 Sabah hər kəs eyvanından bayraq assın...

19 Sent 2021 Azərbaycanda son sutkada 1734 nəfər COVID-19-a yoluxub, 25 nəfər vəfat edib

17 Sent 2021 İlham Əliyev Xalq artistinə mənzil hədiyyə etdi

16 Sent 2020 “Uşaqlarımın paltarları olmadığı üçün məktəbə getməyəcəklər” – Göyçay sakini

03 Sent 2020 “Belarusun bu günü ilə o dövrün Azərbaycanı müqayisə oluna bilməz"

02 Sent 2020 ABŞ Çinə qarşı siyasətini açıqladı

02 Sent 2020 Ekspertdən BNA-ya AĞIR İTTİHAM… – “Quldurluğa “konsepsiya” adı qoyublar…”

04 Avq 2020 GAMAC Azərbaycan dövləti Və silahlı qüvvələrinə dəstək bəyanatı yayıb

04 Avq 2020 “İnsanlar küçəyə çıxanda hara getsinlər? Hər yer bağlıdır” – Adil Qeybulla

22 Mart 2020 Xəzər Teyyublu koronavirusla bağlı çağırış etdi: “EVDƏ QAL!”

01 Fev 2020 Xəyalə Əhmədova Həsənqaya seçiciləriylə görüşdü - Foto

30 Yan 2020 Xəyalə Əhmədova Güloğlular kəndində seçicilərlə görüşdü - Video

28 Yan 2020 Qarabağ qaziləri Xəyalə Əhmədovanı rəğbətlə qarşıladı - FOTO

24 Yan 2020 Bərdəni qarış-qarış gəzən namizəd - Xəyalə Əhmədova

20 Avq 2019 "MİQ-29"un “qara qutu”su ciddi zədə almayıbsa, Azərbaycanda “oxuna” bilər"

20 Avq 2019 Putin Rusiyadakı etiraz aksiyalarına münasibət bildirdi

Xəbər lenti