|
Sosial şəbəkələrdə Salyan rayonununun icra başçısı Tahir Kərimovun maraqlı fotosu yayılıb.
Teleqraf.az-ın məlumatına görə, Sağında və solunda əllərində güllər olan gənclərin arasından qalib sərkərdə kimi keçən icra başçısının fotosuna baxanda ilk yada düşən Şimali Koreya lideri Kim Çen olur. Fotonun harda və nə üçün çəkildiyi məlum olmasa da, normal dövlət məmurunun özünü orta əsr feodalları kimi aparması doğru qarşılanan bir şey olmadığını Tahir Kərimov özü də anlamalıdır.