Həbib Müntəzir facebook statusunda ona göndərilən bir məktubu yayınlayıb.

Teleqraf.az həmin statusu olduğu kimi dərc edir:

“Bunu bir nəfər yazıb göndərib, diqqətlə oxuyun. “Təbii faciədir, ruslar edib, külək edib, xarici düşmənlərin əli var” deyəndə, bir daha düşünün:

“Günəşli” yatağında  olan özüllərin birində fəhlə çalışıram. 4 dekabr tarixində güclü külək əsirdi. Küləkdən savayı dalğanın hündürlüyü, dənizdə axın surəti də yüksək idi. Hansısa bir qəza hadisəsi baş verməsi qaçılmaz idi. Çünki bütün kollektorlar, sualtı qurğular və bərkitmələr külək-dalğanın zərbəsi və axının yaratdığı təzyiqə məruz qalırdı.

Radiorabitədən başqa heç bir əlaqə vasitəsi işləmirdi. Mobil operatorlara bir gün öncə mən tərəfdən zəng olundu və belə bir problemin mövcud olduğu barədə xəbər verildi. Amma şəbəkə dekabrin 2-dən yox idi.

Daha sonra 4 dekabr tarixində daxili telefonlardan belə heç bir əlaqə saxlamaq olmurdu. Həmən gün, səhər saatlarında bloklar və idarəarası radiorabitə vasitəsiylə verilən “svodkalar”ı dinləyirdilər. Bizə yalnız nəzarət işlərinin aparılması göstəiş verildi.

Bir çox bloklarda artıq küləyin fəsadları haqqında məlumatları eşidirdik. Kollektorlarda olan sualtı bərkitmələr qırılmış və xətlər tərpənməyə başlamışdı. Dalğanın nəticəsində qırılmış xətlər sürtünməyə, döyünməyə başlamışdı.

Bir müddət sonra 10 saylı özüldə kollektorlardan birinin qaz buraxması barədə ratsiya vasitəsiylə “28 may” rəhbərliyinə bu barədə məlumat verildi. Bunu eşidirdik. Lakin rəhbərlikdə bu hadisəyə laqeyd yanaşıldı və adi hal kimi “bir şey olmaz, istehsalı dayandırmayın” xəbəri verildi. Halbuki həmin xətt bağlanmalı idi.

Daha sonra saat 17-18 radələrində gurultu səsi və işıltı müşahidə etdik. Və 10 saylı özülün yandığını gördük. FHN-ə məxsus “Vixr” gəmisi 3 saat ərzində hadisə yerinə gəldi, amma heç bir tədbir görə bilmədi.

Dalğanın hündürlüyü 10 metrəyə çatardı. Bu hadisədən sonra özüllərdə xətlərin başqa özüllərə yönləndirilməsi başladı. Gecə saatlarında isə radiostansiya vasitəsilə rəhbərliyə verilən məlumata görə, qayığın birinin qırıldığı bildirildi.

Burada ümumi 13 blok var, ən son bloklar 80-90-cı illərdə qurulub. 7-cidən başqa. Orada da hələ işlər davam edir. Quyular köhnədir, xəttlər hamısı köhnədir. Təhlükəsizlik bərbad vəziyyətdədir.”

Bölməyə aid digər xəbərlər

04 May 2024 ABŞ-ın Stirlinq Fondu Azərbaycanda mina təhlükəsi ilə bağlı maliyyə yardımı ayıracaq

27 Apr 2024 Bazar günü Bakıda 31 dərəcə isti olacaq

26 Avq 2023 Beton tökən qurğu Ordubad sakininin ölümünə səbəb olub

19 İyul 2023 İranın şimalında 4,7 bal gücündə zəlzələ qeydə alınıb.

19 İyul 2023 Seçkilərin ilkin mərhələsinin NƏTİCƏLƏRİ

24 Sent 2022 Xəzər Teyyublunun avtomobilini oğurlamağa cəhd ediblər

01 İyun 2022 Bu ilin əvvəlindən Afrikada 70-ə yaxın insan meymunçiçəyindən ölüb

13 Mart 2022 Bu gün 19 mindən çox şagird buraxılış imtahanı verəcək

13 Mart 2022 Moskvada Rüstəm İbrahimbəyovla vida mərasimi başlayıb - FOTO

05 Yan 2022 Şuşada təzə məscid tikilir, 6 bina söküləcək

10 Noy 2021 Sumqayıt bələdiyyəsinin şefi adamdöyən bacıoğlunu həbsdən çıxarır - Təfsilat

09 Noy 2021 Muradov Xankəndinə gəlir

30 Okt 2021 Müdafiə naziri qoşunlara tapşırıqlar verdi

28 Okt 2021 Bakıda daha bir məktəb distant tədrisə keçib

26 Sent 2021 Sabah hər kəs eyvanından bayraq assın...

19 Sent 2021 Azərbaycanda son sutkada 1734 nəfər COVID-19-a yoluxub, 25 nəfər vəfat edib

17 Sent 2021 İlham Əliyev Xalq artistinə mənzil hədiyyə etdi

16 Sent 2020 “Uşaqlarımın paltarları olmadığı üçün məktəbə getməyəcəklər” – Göyçay sakini

03 Sent 2020 “Belarusun bu günü ilə o dövrün Azərbaycanı müqayisə oluna bilməz"

02 Sent 2020 ABŞ Çinə qarşı siyasətini açıqladı

02 Sent 2020 Ekspertdən BNA-ya AĞIR İTTİHAM… – “Quldurluğa “konsepsiya” adı qoyublar…”

04 Avq 2020 GAMAC Azərbaycan dövləti Və silahlı qüvvələrinə dəstək bəyanatı yayıb

04 Avq 2020 “İnsanlar küçəyə çıxanda hara getsinlər? Hər yer bağlıdır” – Adil Qeybulla

22 Mart 2020 Xəzər Teyyublu koronavirusla bağlı çağırış etdi: “EVDƏ QAL!”

01 Fev 2020 Xəyalə Əhmədova Həsənqaya seçiciləriylə görüşdü - Foto

30 Yan 2020 Xəyalə Əhmədova Güloğlular kəndində seçicilərlə görüşdü - Video

28 Yan 2020 Qarabağ qaziləri Xəyalə Əhmədovanı rəğbətlə qarşıladı - FOTO

24 Yan 2020 Bərdəni qarış-qarış gəzən namizəd - Xəyalə Əhmədova

20 Avq 2019 "MİQ-29"un “qara qutu”su ciddi zədə almayıbsa, Azərbaycanda “oxuna” bilər"

20 Avq 2019 Putin Rusiyadakı etiraz aksiyalarına münasibət bildirdi

Xəbər lenti