|
17:56
Dənizdə faciə ilə üzləşən neftçilərin yaxılarının musavat.com-a verdiyi məlumata və eləcə də sosial şəbəkələrdə yayılan məlumatlara və iddialara görə, həlak olanların sayı 30 nəfərdən yuxarıdır.
* * * *
"Günəşli" yatağının yanğın baş vermiş 10-cu dərin dəniz özülündə 33 nəfər xilas edilib.
Bu barədə APA-ya “Azneft” İB-də yaradılan qərargahdan məlumat verilib.
Xilasetmə işləri davam edir.
17:40
"Günəşli" yatağının yanğın baş vermiş 10-cu dərin dəniz özülündə xilasetmə və axtarış tədbirləri davam etdirilir.
APA-nın əldə etdiyi məlumata görə, hadisə ilə bağlı SOCAR, Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluğun birgə məlumat yayacağı gözlənilir.
Hadisə baş verən zaman özüldə 63 nəfər olub. Onların böyük əksəriyyəti hadisə zamanı ehtiyat qayıqlara toplaşıblar. Hadisə ilə bağlı "Azneft" İstehsalat Birliyində yaradılmış operativ qərargahdan verilən məlumata görə, indiyə qədər qayıqlardan və platformadan 32 nəfər xilas olunub, bir nəfər isə həlak olub.
* * * *
16:46
"Günəşli" yatağının yanğın baş vermiş 10-cu dərin dəniz özülündə 32 nəfər xilas edilib.
Bu barədə APA-ya “Azneft” İB-də yaradılan qərargahdan məlumat verilib.
Xilasetmə işləri davam edir.
“Reuters” agentliyinin hadisə ilə bağlı yaydığı məlumatda 32 işçinin həlak olduğu bildirilir.
APA-nın dəqiqləşdirməsinə görə, hadisə baş verən vaxt 28 May Neft-Qaz Çıxarma İdarəsinin 10-cu dərin dəniz özülündə 63 nəfər işdə olub.
Özülün rəisi Allahverdi Məmmədov olub.
SOCAR prezidenti Rövnəq Abdullayev, fövqəladə hallar nazirinin birinci müavini Rəfael Mirzəyev də hadisə yerindədirlər.
Qeyd edək ki, dünən baş verən güclü tufan saat 17:40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın baş verib.
****
15:46
Günəşli" yatağının yanğın baş vermiş 10-cu dərin dəniz özülündə 29- nəfər xilas edilib.
Bu barədə APA-ya “Azneft” İB-də yaradılan qərargahdan məlumat verilib.
Xilasetmə işləri davam edir.
SOCAR prezidenti Rövnəq Abdullayev, fövqəladə hallar nazirinin birinci müavini Rəfael Mirzəyev də hadisə yerindədirlər.
Qeyd edək ki, dünən baş verən güclü tufan saat 17:40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın baş verib.
APA-nın dəqiqləşdirməsinə görə, hadisə baş verən vaxt 28 May Neft-Qaz Çıxarma İdarəsinin 10-cu dərin dəniz özülündə 63 nəfər işdə olub. Özülün rəisi Allahverdi Məmmədovdur.