|
“Ölkəmizin daxildən vətəndaş qarşıdurmasına sürüklənməsi yolverilməzdir”. Bu sözləri Teleqraf.az-a Nardaranda baş verən hadisələrə münasibət bildirərkən KXCP sədrinin müavini Xəzər Teyyublu deyib:
"Nardaran hadisələrinə münasibət bildirərkən həm də qeyd etməliyik ki, bu qəsəbə və əhalisi Azərbaycanın müstaqil dövlətçiliyi ugrunda ciddi mübarizə aparmışdır.1988- 89 illərdə Xalq hərəkatı zamanı və AXC (Xalq Cəbhəsi) yaranmasında xidmətləri olan camaatdır. Başda Hacı Mustafa olmaqla dünyalarını dəyişmiş digər agsaqqal ziyalılarımıza rəhmət diləyirik. Bu gün ölkəmizin daxildən vətəndaş qarşıdurmasına sürüklənməsi yolverilməzdir və Nardaranın hədəf seçilməsi təsadüfə oxşamır. Hakimiyyət məsuliyyət dərk edərək bu kimi və qarşıda ola biləcək təxribat hərəkətlərini öncədən görməyə borcludur. Əks halda vətəndaşlarımızın siyasi qrup oyunlarının maraqlarına qurban getməsi arta bilər. Bu qəsəbədə yüzlərlə gənc oglan və qızlarımız var ki onları dövlətə qulluq işlərinə cəlb etmək , potensial imkana malik olanları təhsil almaga xaricə , Avropaya , Amerikaya Türkiyəyə göndərmək mümkündür. Nardaranda əhalinin təhsildən tutmuş sosial problemlərinin həlli məsuliyyəti iqtidarındır. Ordakı icra strukturlarının, bələdiyyənin və deputatının üzərindədir"
Samir