|
Hazırda Belarusda rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyevə məxsus Twitter ünvanından (@azpresident) son günlər dünyada və ölkədə baş verən hadisələrlə bağlı qısa mesajlar paylaşıb.
Həmin mesajları təqdim edirik: "Azərbaycan çalışır ki, dünyada daha böyük anlaşma olsun, qarşıdurmaya yol verilməsin, insanlar daha rahat, sülh, əmin-amanlıq şəraitində yaşasınlar";
"Azərbaycan dünyada multikulturalizm mərkəzi kimi tanınır. Azərbaycanda heç vaxt milli, dini zəmində qarşıdurma olmamışdır və olmayacaqdır";
"Azərbaycan öz xalqının iradəsini ifadə edir, heç kimin işinə qarışmır, amma heç kimə imkan verməyəcək ki, onun işinə qarışsın və ziyan vursun";
"Azərbaycan nadir ölkələrdəndir ki, miqrant böhranı ilə bağlı öz səsini ucaldır. Bu ədalətsizliyə dözmək mümkün deyil";
"Azərbaycan Türkiyə-Rusiya münasibətlərindəki gərginliyin azaldılması və aradan qaldırılması istiqamətində səylərini göstərməyə hazırdır".
"Azərbaycan həm Türkiyə, həm də Rusiya ilə tarixi əlaqələrə malikdir".