|
Eldar Mahmudov Azərbaycanın milli təhlükəsizlik naziri vəzifəsindən azad edilib.
Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Teleqraf.az prezidentin saytında dərc olunmuş həmin sərəncamın mətnini təqdim edir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
Eldar Əhməd oğlu Mahmudov Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsindən azad edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 oktyabr 2015-ci il