|
Hazırda mühacirətdə yaşayan sabiq deputat Hüseyn Abdullayevin atası Abbas Abdullayev dünyasını dəyişib. Teleqraf.az xəbər verir ki, bu barədə keçmiş deputat özünün “Facebook” səhifəsində yazaraq məlumat verib:
“Əziz dostlarım! Sizə məlumat vermək istəyirəm ki, İlham Əliyev rejiminin ailəmə qarşı tətbiq etdiyi uzun müddətli təziqlərdən sonra, atam Abdullayev Abbas dünən öz dünyasını dəyişibdir. Onun ölümünə əsas səbəb isə, mövcud kriminal hakimiyyətin, Ata Anamın ölkədən çıxmasına qoyduğu qanunsuz qadağası ve 10 ildən artıqdır ki, keçirdiyi əməliyyat sonrası, Atamın xaricdə aldığı intensiv müalicəyə əngəl törətməsi olmuşdur. YENƏDƏ SUSURSAN SUS, ƏZİL, TAPTAN. SƏBR ELƏ SƏN AXI DÖZÜMLÜ XALQSAN.”