"Bu ərizə ilə Müsavat Partiyasındakı 23 illik rəsmi üzvlüyümə son verirəm"; "bu qəzetin təsisçisi-baş redaktoru olaraq şəxsimi partiya mükəlləfiyyətinin yaratdığı məcburiyyətlərdən, Partiyamızı isə mənim qəzetçi-iş adamı fəaliyyətimin yaratdığı məsuliyyət və suallardan azad edirəm"

Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib ki, Rauf Arifoğlu təşkilatdan istefa ərizəsini ötən həftə görüşərək, ona təqdim edib. Arif Hacılı özünün Facebookdakı profilində bu barədə belə yazıb: “Son gəlişmələrlə bağlı yersiz müzakirələrə, bəzi siyasi alver meyllərinə son qoymaq üçün bildirirəm ki, Rauf Arifoğlu ötən həftə mənimlə görüşərək Müsavat Partiyasından çıxmaq barədə ərizəsini təqdim edib”.Musavat.com bu barədə məlumat qıtlığını nəzərə alaraq və ehtiyacdan çıxış edərək, Rauf Arifoğlunun istefa ərizəsinin tam mətnini dərc edir. 

Müsavat Partiyasının başqanı Arif Hacılıya

 Partiya Divanına

 Hörmətli Başqan,

Hörmətli Divan üzvləri

Bu ərizə ilə Müsavat Partiyasındakı 23 illik rəsmi üzvlüyümə son verirəm.

Müsavat Partiyasının Bərpa Mərkəzinin üzvü olmuşam, partiyanın rəhbər strukturlarında vəzifələr daşımışam; bundan əvvəlsə, 1989-cu ilin oktyabrında qurulan (AMDP) Yeni Müsavat Partiyasının qurucularından və rəhbərlərindən biri olmuşam. Bir sözlə, Müsavatımızın müqəddəs adı və missiyası ilə düz 26 il fasiləsiz olaraq bərabər yaşamışam.

Bildiyiniz kimi, mətbuata hərəkatdan, daha sonra isə Müsavat Partiyasının funksioneri olaraq gəlmişəm. Lakin zaman keçdikcə bəlli oldu ki, mahiyyətcə bir birinə zidd olan bu sahələrdə eyni anda fəaliyyət göstərmək kifayət qədər mürəkkəb məsələdir. Uzun illərdir ki, media və partiya fəaliyyətinin bərabər zamanlılığının mənə yaratdığı diskomfortu, problemləri yaşamaqdayam. Və qarşımda 3 dəfə seçim olub: 1992-ci və 2001-ci illərdə partiya fəaliyyətini seçərək, mətbu fəaliyyəti arxa plana atmışam. 2006-cı ildən etibarən isə, partiyadakı funksiyalarımdan imtina edərək, çox ağır durumda olan “Yeni Müsavat” qəzetinin yaşamasını təmin etmək üçün qəzetçilik fəaliyyətinə üstünlük verməyi seçmişəm. Düz o zamandan -  artıq 9 ilə yaxındır ki, Müsavat Partiyasında nəzərə çarpan fəaliyyətim olmayıb. 

Lakin “Yeni Müsavat” qəzetini qoruya, daha da müstəqilləşdirə, onun elektron versiyasını ölkənin ən güclü yayım orqanına çevirə, onu redaksiya ilə təmin edə;  üstəlik, rus dilində fəaliyyət göstərən daha iki sayt yarada bilmişəm. Gecə-gündüz işləməyimin, dostlarımın və “Yeni Müsavat”çıların fədakar əməyinin sayəsində, ağır şərtlərin olmasına baxmayaraq, bu müddət ərzində “Yeni Müsavat” media qrupu yarada, onu ölkənin və regionun əsas yayım quruluşuna çevirə bilmişəm. “Yeni Müsavat” media qrupu bizim hər birimizə əziz olan Müsavat adına, demokratik düşərgə və milli azadlıq hərəkatı adına olan ən uğurlu layihələrdən biri kimi, 26-cı ilində ən yüksək peşəkarlıq və tirajlılıq dövrünü yaşayır.

Hörmətli Başqan,

Əziz Divan üzvləri.

Təəssüflə qeyd etməliyəm ki, mənim azad qəzetçi kimi fəaliyyətim, bir şirkət sahibi kimi bəzən biznes çıxarlarından; korporativ maraqlardan,  ya da geniş ictimaiyyətə, hətta sizlərə belə açıqlaya bilmədiyim həyati əhəmiyyətli məsələlərdən doğan manevr və gedişlərim Müsavat Partiyasının və şəxsən özümün bədxahlarımızda, bəzənsə hətta bir sıra dostların özündə qıcıq və suallar yaradır. AXCP və ona bağlı olan qurumlarsa bu məqamdan Müsavata qarşı şantaj məlzəməsi kimi istifadə edir. Müsavat Partiyasının 5-ci başqanı İsa Qəmbər kənardan və daxildən olan bu basqılara cavab kimi “... “Yeni Müsavat”a qarşı hücumlar mənə olan hücumlardır” düsturunu irəli sürmüşdü. Lakin hesab edirəm ki, bu cür proses uzun müddət davam edə bilməz. Tamamilə haqlı olaraq, Müsavatın 6-cı başqanı Arif Hacılı Məclisdəki sonuncu çıxışında “Yeni Müsavat”ı partiyadan asılı olmayan, öz baş redaktorunun və kollektivinin yönəltdiyi müstəqil qəzet elan edib.

Mən də bunun bir gerçək olduğunu, oyun olmadığını təsdiq edirəm və bu qəzetin təsisçisi-baş redaktoru olaraq şəxsimi partiya mükəlləfiyyətinin yaratdığı məcburiyyətlərdən, Partiyamızı isə mənim qəzetçi-iş adamı fəaliyyətimin yaratdığı məsuliyyət və suallardan azad edirəm. Partiyada üzvlüyümü dayandırıram, müstəqil qəzetçi kimi bütün davranış və manevrlərimin, fəaliyyətimin sorumluluğunun yalnız mənə aid olduğunu bəyan edirəm.   

Lakin bilmənizi istərdim:

- Müsavat mənim hər şeyimdir!

- Müsavat mənim həyatımın mənası və özüdür!

Bundan sonra da bir vətəndaş və qəzetçi olaraq bu ada və onun ehtiva etdiyi anlama, dəyərlərə, missiyaya, bayrağa, istiqlal amalına, milliyyətçilik ülküsünə, müsəlman – demokratik ideolojisinə, insan haqlarına dayalı siyasi kursa sadiq qalacağıma əmin ola bilərsiniz. Mən təşkilatda üzvlüyümü dayandırsam da, əqidəcə müsavatçı kimi qalıram, bu missiyanın gələcəyinə inanaraq, onun üçün əlimdən gələni etməyə hazır olduğumu bildirirəm.

Müsavat Partiyasının indiki rəhbərliyini, onun başqanını, siyasi kurs və mübarizəsini dəstəkləyirəm, sevinirəm ki, Müsavat adına olan təşkilatımız əmin və etibarlı əllərdədir.

Fəaliyyətiniz boyunca qəzetimizdən əvvəlki kimi və ondan daha yaxşı təmənnasız informasiya dəstəyi ala, bu media quruluşunu özünüzə ən yaxın olanı hesab edə bilərsiniz.

Mən də bir vətəndaş və partiyasız müsavatçı kimi sizlərə, 23 il sıralarında olduğum Müsavata hər cür dəstəyə hazıram.

İnanıram ki, partiya da gərəkən zamanda , həmişə olduğu kimi, söz azadlığına və “Yeni Müsavat”a dəstək olacaq.

Allah bayrağımızı, Müsavatımızı və Azərbaycanımızı qorusun.

Hər birinizə hörmətlə,     Rauf Arifoğlu

15 iyul 2015-ci il

Bölməyə aid digər xəbərlər

04 May 2024 ABŞ-ın Stirlinq Fondu Azərbaycanda mina təhlükəsi ilə bağlı maliyyə yardımı ayıracaq

27 Apr 2024 Bazar günü Bakıda 31 dərəcə isti olacaq

26 Avq 2023 Beton tökən qurğu Ordubad sakininin ölümünə səbəb olub

19 İyul 2023 İranın şimalında 4,7 bal gücündə zəlzələ qeydə alınıb.

19 İyul 2023 Seçkilərin ilkin mərhələsinin NƏTİCƏLƏRİ

24 Sent 2022 Xəzər Teyyublunun avtomobilini oğurlamağa cəhd ediblər

01 İyun 2022 Bu ilin əvvəlindən Afrikada 70-ə yaxın insan meymunçiçəyindən ölüb

13 Mart 2022 Bu gün 19 mindən çox şagird buraxılış imtahanı verəcək

13 Mart 2022 Moskvada Rüstəm İbrahimbəyovla vida mərasimi başlayıb - FOTO

05 Yan 2022 Şuşada təzə məscid tikilir, 6 bina söküləcək

10 Noy 2021 Sumqayıt bələdiyyəsinin şefi adamdöyən bacıoğlunu həbsdən çıxarır - Təfsilat

09 Noy 2021 Muradov Xankəndinə gəlir

30 Okt 2021 Müdafiə naziri qoşunlara tapşırıqlar verdi

28 Okt 2021 Bakıda daha bir məktəb distant tədrisə keçib

26 Sent 2021 Sabah hər kəs eyvanından bayraq assın...

19 Sent 2021 Azərbaycanda son sutkada 1734 nəfər COVID-19-a yoluxub, 25 nəfər vəfat edib

17 Sent 2021 İlham Əliyev Xalq artistinə mənzil hədiyyə etdi

16 Sent 2020 “Uşaqlarımın paltarları olmadığı üçün məktəbə getməyəcəklər” – Göyçay sakini

03 Sent 2020 “Belarusun bu günü ilə o dövrün Azərbaycanı müqayisə oluna bilməz"

02 Sent 2020 ABŞ Çinə qarşı siyasətini açıqladı

02 Sent 2020 Ekspertdən BNA-ya AĞIR İTTİHAM… – “Quldurluğa “konsepsiya” adı qoyublar…”

04 Avq 2020 GAMAC Azərbaycan dövləti Və silahlı qüvvələrinə dəstək bəyanatı yayıb

04 Avq 2020 “İnsanlar küçəyə çıxanda hara getsinlər? Hər yer bağlıdır” – Adil Qeybulla

22 Mart 2020 Xəzər Teyyublu koronavirusla bağlı çağırış etdi: “EVDƏ QAL!”

01 Fev 2020 Xəyalə Əhmədova Həsənqaya seçiciləriylə görüşdü - Foto

30 Yan 2020 Xəyalə Əhmədova Güloğlular kəndində seçicilərlə görüşdü - Video

28 Yan 2020 Qarabağ qaziləri Xəyalə Əhmədovanı rəğbətlə qarşıladı - FOTO

24 Yan 2020 Bərdəni qarış-qarış gəzən namizəd - Xəyalə Əhmədova

20 Avq 2019 "MİQ-29"un “qara qutu”su ciddi zədə almayıbsa, Azərbaycanda “oxuna” bilər"

20 Avq 2019 Putin Rusiyadakı etiraz aksiyalarına münasibət bildirdi

Xəbər lenti