Mirmahmud Mirəlioğlu: “Bir ölkədə prezidenti belə aldadırlarsa, vay bu məmləkətin halına”

“İqtidar-müxalifət görüşləri sona qədər nəticəsiz davam edə bilməz”

“Biz günahsız insanların həbsinə qarşıyıq”

  KXCP sədri Mirmahmur Mirəlioğlu ölkə gündəmini məşğul edən son olaylarla bağlı “Hürriyyət” qəzetinə müsahibə verib. Moderator.az həmin müsahibəni oxucuların diqqətinə çatdırırq.

 -Mirmahmud bəy, son günlər bəzi sahibkarların həbsi müşahidə edilməkdədir və məlum tendensiyanın hələ bir müddət davam edəcəyi gözlənilir. Sizcə sahibkarların həbsinin əsl mahiyyəti nədən ibarətdir? Bu, növbəti siyasi sifarişdir, dövlət büdcəsini doldurmaq cəhdidir, yoxsa tamam başqa ssenari?

 -Bütün bunlar bizim təxminlərimiz, ehtimallarımız, bildiklərimizdir. Lakintəbii ki, ortada bilmədiyimiz məqamlar da var. Və ya bilib demədiyimiz məqamlar da var. Sizin sualınızda ortaya qoyduğunuz bölgü və təsnifat baş verənlərin mahiyyətini tam olaraq əhatə etmir. Ortada tamam başqa məsələlər də mövcuddur. Bütün bu amillərin bir arada olması sifarişçinin istək və arzularından irəli gələn bir məsələ də ola bilər. Yəqin ki, bəzi sahibkarlar zamanla öz həbsləri ilə bağlı müəyyən açıqlamalar da verəcəklər. O zaman bu açıqlamalar baş verənlərin əsl mahiyyətini, əsl həqiqəti öyrənmək üçün yəqin ki, yardımçı olacaq.

Təbii ki, biz günahsız sahibkarların həbsinə qarşıyıq. Günahı olmayan, qanun qarşısında təqsirkar olmayanların həbsini hər zaman pisləmişik və bu gün də pisləməkdəyik. Azərbaycan hakimiyyəti elə bir xarakter və mahiyyətə malikdir ki, onun istənilən addımı insanda istər-istəməz şübhə doğurur.

 -Son bir neçə gündə Binəqədi rayonundakı hündürmərtəbəli binada baş verən yanğınlar bağlı da həbslər həyata keçirilməkdədir. Yanğınla bağlı günahkarların ədalətli şəkildə cəzalanacağına inanırsınızmı?

 -Məsələ bundadır ki, baş verən yanğın olayına ən yüksək səviyyədə - sizin və bizim istədiyimiz kimi münasibət ortaya qoyuldu. İlham Əliyev bu məsələyə münasibət bildirdi və qeyd etdi ki, kimsə baş verənlərə görə məsuliyyətdən kənarda qalmayacaq. Hətta bildirdi ki, bu faciə qarşısında I Avropa Oyunları və digər beynəlxalq tədbirlər də sadəcə bir heçdir. Açıq demək lazımdır ki, onun bu çıxışı bizdə bir inam yaratdı. Təbii ki, hakimiyyət daxilində də ədalətli, insaflı, əqidəli şəxslər var. Bu cür insanların mövcudluğu istisna deyil. Bu cür insanlar bütün cəmiyyətlərdə, bütün zamanlarda, bütün hakimiyyətlərdə olub. O cümlədən, Azərbaycan iqtidarında da bu cür insanlar var. Lakin hakimiyyətin yürütdüyü siyasətin mahiyyəti o qədər arzuedilməzdir ki, buna baxanda düşünürdün ki, bu hakimiyyətin nəzərində insanlıq ölüb. Lakin son hadisələr bunun belə olmadığını göstərdi. Əgər hakimiyyət dediyini eləməsə, özünü yandıracaq. Indi yanan adamlar oldu, amma öz sözünün üstündə durmasa, son nəticədə yanan hakimiyyətin özü olacaq.

Allah 19 may yanğınında həlak olanlara rəhmət eləsin. Onların qanı bütün günahkarların boynundadır. Allah yaralılara, xəsarət alanlar şəfa versin.

 -Ölkə başçısının göstərişi ilə bəzi villaların sökülməsi müstəqil hüquqşünaslar tərəfindən xüsusi mülkiyyətə qəsd kimi dəyərləndirildi. Sizcə villaların sökülməsi alqışlanmalı, yoxsa tənqid edilməlidir?

 -Bu, araşdırılması, ətraflı təhlil edilməsi gərəkən bir məsələdir. Yalnız geniş araşdırılandan sonra bu barədə konkret hər hansı fikir söyləmək olar. Amma məsələ bundadır ki, bu gün həmin villaların sökülməsinə qarşı çıxan insanların özü prezident olsaydı və eyni mənzərə ilə onlar qarşılaşsaydılar, o zaman onlar özü hansı addımlar atacaqdı? Çünki iki addımdan hansını atsan buna əks arqument ortaya qoymaq mümkündür. Təbii ki, insan hüüuqları, o cümlədən mülkiyyət hüquqları qorunmalıdır. Bu, birmənalıdır. Hesab edirəm ki, söküntü məsələsi sonda olmalı idi. Indi yox. Indi binalara üz çəkənlər, üz çəkdirənlər, bunun sifarişçiləri, rəyçiləri aşkar edilməli və onların hamısı bir yerdə cəzalandırılmalı idi. Bu gün ən vacib addım budur. Bunu da qeyd etmək istərdim ki, bu məsələdə əsas məsuliyyət bəzi yüksək çinli məmurların üzərinə düşür. Hansı ki, göstərişlər, sifsarişlər onlar tərəfindən verilir və qalanları da bu göstərişləri icra edir. Tikmək lazımdır tikirlər, sökmək lazımdır sökürlər. Təbii ki, insan haqlarının, mülkiyyət hüquqlarının qorunması bütün hallarda öndə olmalıdır. Bəlkə də həmin villaları sökməkdənsə dövlətin xeyrinə müsadirə etmək daha faydalı olardı. Sökmək əslində izi itirməkdir.

 -Sonuncu iqtidar-müxalifət görüşü və bu görüşdən sonra Əli Həsənovun müxalifətin təklifləri ilə bağlı səsləndirdiyi fikirlərdən sonra sizə bu görüşlərin davam etdiriılməsinə lüzum varmı?

 -Hesab edirəm ki, iqtidar-müxalifət görüşünün perspektivi var və əslində bu perspektiv hər zaman var olaraq qalmaqdadır. Dialoq, qarşılıqlı anlaşma bütün sivil dünyanın qəbul etdiyi, böyük önəm verdiyi məsələlərdən biridir. Bu baxımdan hesab edirəm ki, bu cür görüş və dialoqların keçirilməsinə ehtiyac var və bu, yalnız fayda verə bilər. Buna görə də iqtidar-müxalifət görüşlərinin davam etdirilməsinin lüzumsuz olması və bu görüşlərin keçirilməsinə ehtiyac olmadığı ilə bağlı səslənən fikirləri doğru hesab eləmirəm.

Ə.Həsənovun açıqlamalarına gəlincə, bu açıqlamalarda bu da, digər məqamlar da var idi. Məsələ bundadır ki, bu proses sona qədər beləcə, nəticəsiz şəkildə davam edə bilməz. Çünki bu cür davam edərsə ölkədə çox ciddi arzuedilməz siyasi proseslər baş verəcək.

Hakimiyyət bu gedişlə mütləq və mütləq öz cəzasını alacaq. Ya vətəndaşından, ya cəmiyyətindən, ya millətindən alacaq. Hakimiyyət bunu unutmamalıdır.

 -Prezident çıxışlarının birində etiraf etdi ki, vəzifəli şəxslərin övladları cinayətlər edir və dövlət məmurları da bunu gizlətməyə çalışırlar. Sizcə prezidentin bu açıqlaması Azərbaycan hakimiyyətində cinayətkar bir rejimin mövcudluğunun rəsmi şəkildə etirafl kimi dəyərləndirilə bilərmi?

 -Təbii. Bu çıxış bizim illərlə dediklərimizin təsdiqidir. Bildiyiniz kimi, biz illərlə bu mövzuda danışmışıq, harınlamış məmurların özbaşınalığından, qanunsuzlqulardan bəhs etmişik. Bildirmişik ki, bu hakimiyyətin mahiyyəti nədən ibarətdir. Əgər siz bir yazar və jurnalist olaraq, bizsə bir siyasətçi olaraq bunu biliriksə, o zaman dövlət başçısının bizdən daha çox informasiya və bilgi mənbəyinə malik olduğu birmənalıdır. Əgər onu bu məsələlərdə doğru məlumatlandırmırlarsa, əsl həqiqəti ondan gizlədirlərsə, onu aldadırlarsa, vay bu məmləkətin halına.

 -Parlament seçkiləri ilə bağlı hazırlıq işləri hansı səviyyədədir?

 -Hazırda müttəfiqlərimizlə birlikdə özümüzə aid olan işləri nizamlayırıq, qaydaya salırıq. Dairələr üzrə namizədlərimizi müəyyənləşdiririk. Seçki Məcəlləsinin təkmilləşdirilməsi istiqamətində zəruri hesab etdiyimiz fikir və ideyaları bölüşürük və s. Bu gün qanunun imkan verdiyi şərtlər daxilində öz addımlarımızı atırıq. Lakin bunu da qeyd etməliyəm ki, bu addımlar qaneedici deyil. Hakimiyyət özünü I Avropa Oyunlarına kökləyib. Seçki Məcəlləsinin təkmilləşdirilməsi, siyasi islahatlar istiqamətində heç bir addım atmır. Buna görə də bizim gördüyümüz işlər sırf özümüzə, təşkilatımıza, blokumuza aid olan iş olur. Hakimiyyətin bu məsələlərlə bağlı reaksiyasından sonra vəziyyət daha aydın olacaq.

 -Daxili işlər naziri Ramil Usubovun iddiası əsasında məhkəməyə verilən və 1140 manat məbləğində cərimələnən Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyevə dəstək məqsədi ilə kampaniya başladılıb. Əgər bu kampaniyanın gedişində lazımi məbləğin toplanması mümkün olmasa, o zaman E.Quliyevin həbs edilməsi reallaşa bilərmi? Bunu mümkün hesab edirsinizmi?

 -Mən indiki ərəfədə E.Quliyevin həbs ediləcəyini ehtimal etmirəm. Bir sıra məsələlər var ki, onlar qapanacaq. Bu məsələlərdən də biri bu olacaq. Bu, mənim ehtimalımdır. Şəxsən mən bu məsələlərin qapanacağını güman edirəm. Ola bilsin ki, bir az vaxt alacaq, amma qapanacaq. Sadəcə bu kimi məsələlər, eləcə də siyasi məhbus məsələsi diqqətimizi digər məsələlərdən yayındırmaq üçündür. Hakimiyyət diqqət və enerjinin bir istiqamətə sərf olunmasına çalışır.

 

Bölməyə aid digər xəbərlər

04 May 2024 ABŞ-ın Stirlinq Fondu Azərbaycanda mina təhlükəsi ilə bağlı maliyyə yardımı ayıracaq

27 Apr 2024 Bazar günü Bakıda 31 dərəcə isti olacaq

26 Avq 2023 Beton tökən qurğu Ordubad sakininin ölümünə səbəb olub

19 İyul 2023 İranın şimalında 4,7 bal gücündə zəlzələ qeydə alınıb.

19 İyul 2023 Seçkilərin ilkin mərhələsinin NƏTİCƏLƏRİ

24 Sent 2022 Xəzər Teyyublunun avtomobilini oğurlamağa cəhd ediblər

01 İyun 2022 Bu ilin əvvəlindən Afrikada 70-ə yaxın insan meymunçiçəyindən ölüb

13 Mart 2022 Bu gün 19 mindən çox şagird buraxılış imtahanı verəcək

13 Mart 2022 Moskvada Rüstəm İbrahimbəyovla vida mərasimi başlayıb - FOTO

05 Yan 2022 Şuşada təzə məscid tikilir, 6 bina söküləcək

10 Noy 2021 Sumqayıt bələdiyyəsinin şefi adamdöyən bacıoğlunu həbsdən çıxarır - Təfsilat

09 Noy 2021 Muradov Xankəndinə gəlir

30 Okt 2021 Müdafiə naziri qoşunlara tapşırıqlar verdi

28 Okt 2021 Bakıda daha bir məktəb distant tədrisə keçib

26 Sent 2021 Sabah hər kəs eyvanından bayraq assın...

19 Sent 2021 Azərbaycanda son sutkada 1734 nəfər COVID-19-a yoluxub, 25 nəfər vəfat edib

17 Sent 2021 İlham Əliyev Xalq artistinə mənzil hədiyyə etdi

16 Sent 2020 “Uşaqlarımın paltarları olmadığı üçün məktəbə getməyəcəklər” – Göyçay sakini

03 Sent 2020 “Belarusun bu günü ilə o dövrün Azərbaycanı müqayisə oluna bilməz"

02 Sent 2020 ABŞ Çinə qarşı siyasətini açıqladı

02 Sent 2020 Ekspertdən BNA-ya AĞIR İTTİHAM… – “Quldurluğa “konsepsiya” adı qoyublar…”

04 Avq 2020 GAMAC Azərbaycan dövləti Və silahlı qüvvələrinə dəstək bəyanatı yayıb

04 Avq 2020 “İnsanlar küçəyə çıxanda hara getsinlər? Hər yer bağlıdır” – Adil Qeybulla

22 Mart 2020 Xəzər Teyyublu koronavirusla bağlı çağırış etdi: “EVDƏ QAL!”

01 Fev 2020 Xəyalə Əhmədova Həsənqaya seçiciləriylə görüşdü - Foto

30 Yan 2020 Xəyalə Əhmədova Güloğlular kəndində seçicilərlə görüşdü - Video

28 Yan 2020 Qarabağ qaziləri Xəyalə Əhmədovanı rəğbətlə qarşıladı - FOTO

24 Yan 2020 Bərdəni qarış-qarış gəzən namizəd - Xəyalə Əhmədova

20 Avq 2019 "MİQ-29"un “qara qutu”su ciddi zədə almayıbsa, Azərbaycanda “oxuna” bilər"

20 Avq 2019 Putin Rusiyadakı etiraz aksiyalarına münasibət bildirdi

Xəbər lenti