|
Türkiyədə "paralel dövlət" yaratmaqda ittiham olunan Dətullah Gülənin qarşıdan gələn parlament seçimlərində tərəfdarlarına PKK-nın siyasi qolu HDP-yə səs vermək haqda təlimat verdiyi bildirilir.
Avropa.info xəbər verir ki, bu haqda Türkiyə medası məlumat yayıb.
Məlumata görə, Gülənə bağlı hakim və prokurorların Antalyada keçirdiyi gizli toplantıya Fətullah Gülən tərəfindən səslərin HDP-yə verilməsi ilə bağlı xüsusi təlimat gəlib.
Yayılan xəbərdə otelin adı və keçirilmə vaxtı da qeyd edilib. İddialara görə, toplantının keçirildiyi oteldə Gülən şəbəkəsi tərəfindən ciddi təhlükəsizlik tədbirləri görülüb. Otelin bütün otaqlarında dinləmə və izləmə cihazları axtarılaraq, təmizlənib.