|
Ermənistan və Belarus Avropa Birliyi tərəfindən Krımın Rusiya tərəfindən işğal olunması ilə bağlı hazırlanan bəyannaməni “Şərq tərəfdaşlığı” sammitində imzalamaqdan imtina ediblər.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Röyter” agentliyi yayıb.
Agentliyin məlumatına görə, məsələ ilə bağlı danışıqlar çətin keçib. Danışıqlardan sonra agentliyə açıqlama verən Avropa Birliyinin nümayəndəsi isə sammitdə qazanılacaq uğurun Moskvadan asılı olacağını bildirib.
Qeyd edək ki, Riqada keçirilən “Şərq tərəfdaşlığı” sammitində Azərbaycanı Xarici İşlər naziri Elmar Məmmədyarov və Azərbaycan Prezident Administrasiyasının rəhbərinin müavini Novruz Məmmədov təmsil edir.