|
Klassik Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin növbəti toplantısı keçirilib
KXCP İdarə Heyyətindən Teleqraf.az-a verilən məlumata görə, iclasda qərarların icra vəziyyəti dəyərləndirilib, ictimai siyasi vəziyyət və qarşıda duran vəzifələr müzakirə edilərək uyğun qərarlar qəbul edilmişdi.
Yığıncaqda partiya orqanlarının həftə ərzində gördüyü işlər haqqında məlumat verilərək, KXCP-nin Lənkəran, Astara, İsmayıllı, Gəncə, Samur, Göranboy , Bərdə və Şirvan rayonlarında keçirilmiş konfranslarının nəticələri təsdiqlənmişdir. Bundan başqa yığıncaqda siyasi məhbuslar məsələsi müzakirə edilərək, nüfuzlu insan haqları təşkilatlarının ciddi iradlarına baxmayaraq siyasi məhbusların hələ də azad edilməməsi Azərbaycan hakimiyyətinin beynəlxalq hüquqa qarşı hörmətsizliyi kimi dəyərləndirilmişdir.
Yığıncaqda KXCP Sədri Mirmahmud Mirəlioğlu ölkədə və dünyada baş verən ictimai-siyasi proseslər haqqında geniş çıxış edərək, bu ayın 15-də keçirilən iqtidar-müxalifət görüşü haqqında idarə heyyəti üzvlərinə məlumat vermişdir.
Daha sonra Respublika günü münasibəti ilə 28 may saat 12:00-da Novxanı kəndində anım tədbiri keçirmək haqqında qərar qəbul edilmişdir