|
“Bakıda keçiriləcək I Yay Avropa İdman oyunlarına münasibət haqqında” Azadlıq-2015 seçki bloku bəyanat yayıb.
Bəyanatda deyilir:
1. Azadlıq - 2015 ci il seçki blokuna daxil olan siyasi partiyalar Bakıda keçiriləcək İ Yay Avropa İdaman oyunlarında Azərbaycan idmançılarına uğurlar diləyir və bu tədbirni bütün dünyada idmana, Olimpiya hərəkatına , xalqlar arasında sülh və əmin amanlığa, Azərbaycanın tanınmasına və xalqımız haqqında dünyada müsbət təsəvvürlərin formalaşmasına xidmət etməsini, dinc, həqiqi idman bayramı şəraitində baş tutmasını arzu edir, eyni zamanda istəyirlər ki, Oyunlar cəmiyyətimizin demokratikləşməsi və çağdaş siyasi mədəniyyətlər səviyyəsinə doğru irəliləməsi naminə köklü islahatlar aparılması, insan hüquq və azadlıqlarının gerçəkləşməsi, dövlətimiz və insanlarımızın rifahı, milli həmrəylik üçün faydalı nəticələr versin.
2. Azadlıq - 2015 seçki blokuna daxil olan siyasi partiyalar I Avropa idman oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı regionda və ölkədə siyasi - ideoloji xarakterli ajiotajın yaradılmasından və oyunlar yaxınlaşdıqca bunun daha da qızışdırılmasından narahatlıq ifadə edirlər. Siyasi partiyalar qeyd olunan tədbirin Azərbaycana gətirəcəyi pozitiv faydaları təhdid altına alan belə situasiyanın yaranmasında antiazərbaycan qüvvələrinin rolunu qeyd edərək eyni zamanda hesab edirlər ki, məsuliyyətin mühüm payı Azərbaycan iqtidarının yürütdüyü qüsurlu daxili və xarici siyasətin üzərinə düşür. Bu Bəyanatda Azərbaycanda bərqərar olmuş siyasi rejimin ümumi mahiyyəti ilə bağlı olan məsələlərə xüsusi olaraq toxunmayaraq diqqəti ona cəlb etməyi lazım bilirik ki, sanki qəsdən, Oyunlarla əlaqədar dünyanın o cümlədən Azərbaycana düşmən dairələrin diqqətinin ölkəmizə cəlb olunacağını bilə- bilə, bunu nümayişkəranə surətdə qulaqardına vuraraq, çağdaş demokratik dəyərlərə, ölkədaxili və dünya ictimai rəyinə, siyasi müxalifətə və qlobal proseslərə təsir imkanı olan beynəlxalq təşkilatlara yersiz və zərərli saymazlıq nümayiş etdirərək imkan verilmişdir ki, antiazərbaycan qüvvələri Azərbaycan əleyhinə milli maraqlarımızı və təhlükəsizliyimizi təhdid edən total hücum təşkil edə bilsinlər. Belə ki, məhz yarışlar ərəfəsində, 2014- cü ilin yayından başlayaraq insan hüquqları sahəsində həmin vaxta qədərki problemləri həll etmək əvəzinə vətəndaş sektoru, azad mətbuat və müxalif siyasi partiya fəallarına qarşı yeni repressiyalar dalğası həyata keçirillmiş, BMT və Azərbaycanın müqavilə öhdəlikləri ilə bağlı olduğu beynəlxalq təşkilatların ekspertləri olan nüfuzlu hüquq müdafiə təşkilatları tərəfindən vicdan və siyasi məhbus kimi tanınan şəxslərin sayına görə Azərbaycan Avropada birinci yerə çıxarılmışdır. Dövlətin ən yüksək vəzifəli məmurlarının KİV –də açıqlamaları, müsahibə və yazılarında bu kompaniya açıqdan açığa xarici qüvvələrin, konkret olaraq Qərbin 5- ci kolonunun sıradan çıxarılması, narıncı inqilabların önlənməsi əmliyyatı kimi təqdim edildikdən sonra onların siyasi motivlərlə deyil, güya kiminsə vergi ödəməmsi, kimisə özünüintihar həddinə çatdırma, narkotik satışı, ermənistana casusluq kimi əməllərlə bağlı olması iddiaları ciddi qəbul edilmdi, heç kəsi inandırmadı və milli və beynəlxalq ictimai rəyi ələ calma kimi qarşılandı. Azərbaycan iqtidarı hətta öz əvvəlki taktikasını da bir tərəfə buraxaraq, məhz 2104- 2015 –ci illərdə dövri əfvlər və ya kosmetik islahatlar aparmağa da lüzum görməyərək, əksinə ifadə, birləşmə, vicdan, seçki, mülkiyyət və digər hüquq və azadlıqlar sahəsində qanunvericilikdə və icrada geri addımlar ataraq bütün dünyaya meydan oxumaq xəttini tutdu. Hesab edirik ki, bu xəttin iqtidarın özü üçün yaratdığı təhlükənin fərqində olmağı onun öz öhdəsinə buraxaraq nəticədə dövlətin maraqları üçün də ciddi təhdidlər yaratdığı vurğulanmalıdır.
3. İqtidar milli maraqlarımız və təhlükəsizliyimiz üçün təhdid olan neqativ situasiyanı daha da dərinləşdirərək, I Avropa yay idman oyunları ətrafında xarici aləmdəki qütbləşməni ölkə daxilinə keçirmə prosesi başlatmışdır. Cəmiyyət süni surətdə oyunları dəstəkləyənlər və dəstəkləməyənlərə bolunur və qütbləşdirilir. Ölkədə bu oyunlara münasibətdə tənqidi fikrin açıq və geniş ifadə edilməməsinə baxmayaraq lüzumsuz dəstək kompaniyası ilə belə təsəvvür yaradılır ki, güya bu tədbirin keçirilməsi ciddi təhlükə qarşısındadır və bu təhlükənin mənbəyi və yaradanları da daxildədir. Sanki biriləri bu oyunlardan istifadə edərək daxildə düşmən axtarışına başladıb açıdan açığa qaşınmayan yerdən qan çıxartmağa, olmayan yerdən daxili düşmən icad etməyə, milli xəyanətkar, üzdəniraq “cadu ovu” təşkil etməyə girişmişlər.
4. Azadlıq- 2015 seçki blokuna daxil olan siyasi partiyalar diqqəti ona cəlb edirki, bu tipli, xüsusilə böyük maliyyə məsrəfləri ilə bağlı olan tədbirlərin təşkil olunub keçirilməsinin məqsədəuyğunluğu ətrafında bütün ölkələrdə fərqli , tənqidi mövqelər olur və belə tənqidi mövqelər hətta bu tədbirlərin gedişində belə o cümlədən kütləvi aksiyalar şəkilində də ifadə olunur. Futbolun milli dəyər sayıldığı və ən dinamik iqtisadi inkişaf mərkəzlərindən olan Braziliyada axırıncı dünya futbol çempionatının həmin ölkədə keçirilməsinə etiraz edənlərlə bağlı toqquşmalarla müşayət olunan kütləvi mitinq və nümayişləri xatırlamaq kifayətdir. Heç bir normal ölkədə bu cür hallar xarici düşmənlərin maliyyə dəstəyi naminə həyata keçirilən xain təxribat, ölkənin misilsiz inkişafına paxıllıq, yaxud milli sərvətlərə nəzarət və ya müstəqil siyasi kursdan çəkindirmək üçün Qərbin təzyiq üsulu olması kimi dəyərləndirilmir, ən azı başlıca olaraq belə qələmə verilmir. Qəbul edilir ki, öz tənqidi mövqelərini qanunlara və tədbirlərin təhlükəsizliyinə əməl edilməklə aksiyalar, o cümlədən kütləvi aksiyalar şəkildə ifadə olunması adi haldır, əsas insan hüquq və azdlıqlarından, Konstitusiyadan irəli gəlir.
5. Azadlıq -2015 seçki blokuna daxil olan siyasi partiyalar I Avropa oyunlarını boykot çağrışlarına tərəfdar deyildir və belə çağrışları təqdir etmir və ümid edir ki, belə çağrışlar ümumiyyətlə olmayacaqdır. Eyni zamanda hesab edilir ki, Azərbaycanda ayrı- ayrı fərdlərin və təşkilatların bu oyunlara fərqli, tənqidi, hətta əksəriyyətin rəyi ilə üst- üstə düşməyən boykot çağrışlarının belə onlara qarşı təqib və rəhdid kampaniyasına səbəb olması yolverilməzdir. Azadlıq 2015 seçki blokuna daxil olan partiyaların arasında, hətta ayrı- ayrı partiyaların üzvləri arasında da bu oyunların bu qədər böyük məsrəflər bahasına Bakıda keçirilməsini məqsədəuyğunuğu, yaxud bu tədbirin Azərbaycanın dövlət maraqları ilə deyil iqtidarın dar maraqlarına xidmət etdiyi kimi düşünənlər də vardır. Bu insanların mütləq əksəriyyəti öz dövlətini sevən vətənpərvər insanlardır. Azadlıq anlayışının fundamental prinsiplərindən çıxış edərək Azadlıq – 2015 bloku oyunları boykot tərəfdarı olmamasına və böykot çağrışlarını təqdir etməməsinə baxmayaraq belə çağrışlar olacağı halda onu edənlərə əleyhinə təqib həyata keçiriləcəksə təqib olunanaların yanında olacaq, onların ifadə hüquq və azadlıqlarını müdafiə edəcəkdir.
6. Azadlıq -2015 hesab edir ki, siyasi məhbus kimi tanınan şəxslərin azad edilməsi I Avropa yay idman oyunları ətrafında əsil Olimpiya ruhunun formalaşmasına ciddi töhvə olardı. Bunula əlaqədar Azadlıq – 2015 prezident İlham Əliyevə bir daha müraciət edərək xahiş edir ki, öz Konstitusiya səlahiyyətlərindən istifadə edərək siyasi məhbus problemi kimi tanınan məsələnin bir dəfəlik həlli üçün köklü addımlar atsın.