|
Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Ali Məclisinin növbəti sessiyası keçirilib.
Sessiya Azərbaycan Respublikasının dövlət himni və şəhidlərin xatirəsinə sayğı duruşuilə başlayıb. Sessiyada qərarların icra vəziyyəti, təşkilati məsələlər, ictimai-siyasivəziyyət, Qurultaya hazırlığın vəziyyəti və 2015- ci ildə keçiriləcək parlamentseçkiləri ilə bağlı məsələlərmüzakirə edilib.
Sessiyada Ali Məclisin sədri Bəybala Əbil çıxış edərək qəbul edilən qərarların icravəziyyəti barədə məlumat verib. Daha sonra o, Ali Məclisin qərarına uyğunolaraq ötən müddət ərzində görülən işlərdən danışıb.
Ali Məclisin sessiyasında ictimai siyasi vəziyyət haqqında KXCP sədri Mirmahmud Mirəlioğlugeniş məruzə ilə çıxış edib. O çıxışında partiyanın Ali Məclisin qərarı ilə rayon- şəhər şöbələrində keçirilən zona müşavirələri və partiyanın növbətiqurultayına hazırlıq işlərindən danışıb. KXCP sədri çıxışında qarşıdan gələnparlament seçkilərinə hazırlıq məsələlərinə toxunaraq partiyanın təmsilolunduğu “Azadlıq- 2015” Seçki Blokunun gördüyü işlər haqqında məlumatverib. Partiya sədri ölkədə pisləşən ağır sosial- iqtisadi vəziyyətdən,Avropa yay Oyunlarından, məhkəməsi davam edən siyasi məhbuslardan və s.danışıb. Partiyanınfəaliyyətinin güclənməsinin vacibliyini bildirən KXCP sədri 2015- ci ilin iyulayında nizamnamə çərçivəsində qurultayın keçirilməsinin vacibliyini qeydedib.
Sessiyada KXCP Ali Məclisinin sədriBəybala Əbil öz çıxışında partiyanın ötən bələdiyyə seçkilərində ugurluiştirakından danışaraq hazırkı şərtlər altında bu iştirakı qəhrəmanlıq kimidəyərləndirib. B. Əbil eyni zamanda qarşıdan gələn parlament seçkilərindəpartiya fəallarının iştirakının vacibliyini bildiri
Sessiyada çıxış edən KXCP sədrmüavini Oqtay Gülalıyev vətəndaş cəmiyyətinə qarşı yönəlmiş repressiyalardandanışaraq hüquq müdafiəçisi Rəsul Cəfərovun 6 il 6 ay həbs cəzasına məhkumedilməsini, İntiqam Əliyev haqqında dövlət ittihamçısının 10 il həbs cəzasıistəməsi, bir qrup məhbusun Qobustan Qapalı Həbsxanasına göndərilməsi qərarınıpisləyib. O, çıxışında Avropa Parlamentinin 15 aprel tarixində “ermənisoyqrımı”- nın tanınması barədə qəbul etdiyi qətnaməni tarixi gerçəkliyə uyğunolmayan sənəd kimi qiymətləndirib.
Sessiyada KXCP sədrinin müavini XəzərTeyyublu KXCP- nin 2015- cü il fəaliyyətistiqamətlərinə uyğun görülən işlərdən və partiyanın növbəti qurultayına hazırlıqməsələlərindən, rayon (şəhər) şöbələrində keçirilən konfranslardan danışıb.
Sessiyada KXCP- nin növbəti Qurultayının nizamnaməyə uyğun 2015- ci ilin iyul ayında keçirilməsi və dəqiq tarixin müəyyən olunması, eləcə də qərardan irəli gələn vəzifələrin yerinəyetirilməsi İdarə Heyətinə tapşırılıb.
Sessiyada Avropa Parlamentininaprel ayının 15- də “erməni soyqrımı” iddiasını müzakirəyə çıxararaq buiddianın tarixi reallıq kimi tanınması barədə qəbul etdiyi qətnamə və Vatikan Katolik Kilsəsinin rəhbəri PapaFransiskin oxşar bəyanatı ilə bağlı etiraz bəyanatı qəbul olunub.
Sessiyada vətəndaş cəmiyyətinə qarşıyönəlmiş repressiyaların pislənilməsi və durdurulması, siyasi məhbuslarınazadlığa buraxılması barədə partiyanın bəyanatı qəbul edilib.
Sessiyadabu ünlərdə Bakı şəhərində büstü götürülmüş Məmmədəmin Rəsulzadəyə qarşı hakimiyyətorqanlarının qərəzli münasibət pislənilmiş və bunnla bağlı bəyanat qəbuledilmişdir.
SessiyadaAli Məclis sədrinin müavinləri, Aytəkin İmranova, İlham Hüseynli, AM üzvləriAtaş Əhmədov, Məmmədhəsən Həsənov və digərləri çıxış edərək müxtəlif təkliflərvermişlər.
Teleqraf.az