|
Klassik Xalq Cəbhəsi Partiyası Bərdə rayonunda (Qarabağ bölgəsi üzrə) və Gədəbəy rayonunda ( Qərb bölgəsi üzrə) partiyanın zona müşavirələrini keçirib.
KXCP Mətbuat Xidmətindən Teleqraf.az-a verilən məlumta görə, müşavrədə KXCP Sədri Mirmahmud Mirəlioğlu, KXCP Seçki Qərərgahının sədri Bəybala Əbil və KXCP sədrinin müavini Xəzər Teyyublu iştirak ediblər.
Hər iki müşavirədə KXCP Sədri Mirmahmud Mirəlioğlu ölkədə və regionda baş verən ictimai-siyasi vəziyyətlə bağlı geniş çıxış edib.
KXCP-nin qarşıdan gələn qurultayına hazırlıq konfranslarının keçirilməsi, bu il keçiriləcək parlament seçkilərinə hazırlıq hər iki müşavirənin əsas müzakirə olunan mövzularından biri olub.