Beynəlxalq insan haqlarını müdafiə təşkilatı Human Rights Watch Avropa İttifaqını Azərbaycanda tənqidi səslərin susdurulmasına göz yummamğa çağırıb.

Təşkilatın sədr müavini Reyçel Denber bu günlər yazdığı məqalədə Azərbaycanda müstəqilliyin əldə edilməsindən sonra insan haqları sahəsində vəziyyətin ən pis səviyyədə olduğunu bildirib. Reyçel Denber Amerikanın Səsinə müsahibədə Human Rights Watch  təşkilatının nümayəndəsi Giorgi Qogianın Azərbaycana buraxılmaması, hüquq müdafiəçisi Rəsul Cəfərovun məhkəməsi və ölkədə vətəndaş cəmiyyəti nümayəndələrinə qarşı təqiblərdən danışıb.

Dilşad Əliyarlı: Təşkilatın nümayəndəsi Georgi Qogianın Azərbaycana daxil olmaq istədikdə baş verənlər haqda danışmağınızı istərdik.

Reyçel Denber: O, Azərbaycana İntiqam Əliyev və Rəsul Cəfərovun məhkəmə proseslərində iştirak etmək üçün gedirdi. O, pasport yoxlanışı zamanı saxlanıb və ona deyiblər ki, gözləsin. O, 31 saat hava limanında əsas etibarilə tranzit zonada qalıb. Ona ölkəyə daxil ola bilmədiyi haqda heç bir izahat verilməyib. Nəhayət 31 saatdan sonra ona deyiblər ki, onu təyyarə ilə Gürcüstana geri göndərəcəklər.  Sərhəd polisi onun pasportunu o, təyyarədə olandan sonra qaytarıb. Əslində, onun pasportu və sənədləri təyyarənin uçuş heyətinin üzvlərinə verilib, onlar sənədləri Gürcüstan sərhəd polisinə verib və yalnız Gürcüstana çatandan sonra sənədlər Georginin özünə qaytarılıb. Beləliklə, Georgi 31 saat pasportu olmadan və Azərbaycana daxil olmağa nə üçün icazə verilmədiyi izah edilmədən hava limanında bu vəziyyətdə qalıb.

Dilşad Əliyarlı: Bu gün prokuror Georgi Qogianın məhkəməsində iştirak etmək istədiyi Rəsul Cəfərovun 9 il həbsə məhkum olmasını istəyib. Bununla bağlı fikrinizi bilmək istərdik.

Reyçel Denber: Bu, dəhşət doğurur. Rəsul Cəfərov dəmir barmaqlıqlar arxasında olmamalıdır. O, hüquq müdafiəçisidir. Ona qarşı ittiham irəli sürülməsi dəhşət doğurur. Onun həbsdə olduğu hər gün ədalətsiz bir gündür. Georgi Qogianın Azərbaycana gedə bilməməsi, Rəsul Cəfərovun məhkəməsi, Azərbaycanda insan haqları müdafiəçiləri, bloggerlər və fəalların həbsi insan hüquqları sahəsində ciddi dəyişikliyin aydın göstəricisidir. Ölkəni monitorinq etdiyimiz 24 ildən çox müddət ərzində bu, ilk dəfədir ki, Human Rights Watch ölkəyə daxil ola bilmir. İlk dəfədir. Hüquq müdafiəçilərinin ölkəyə getməsinə icazə verilməyəndə, hüquq müdafiəçiləri saxta ittihamlarla məhkəməyə çıxarılanda, təşkilatların ofislərinə reydlər keçirilib onların fəaliyyəti dayandırılıb bağlayanda, onların maliyyə imkanlarından məhrum olanda bu, dərin transformasiyanın açıq göstəriciləridir və bütün bunlar Azərbaycanda çox qısa müddətdə baş verib.

Dilşad Əliyarlı: Azərbaycan Avropa İttifaqının üzvüdür, Birləşmiş Ştatlarla münasibətləri var. Siczə, Qərbin Azərbaycana təzyiqləri təsirlidirmi?

Reyçel Denber: Avropa Şurası, BMT, Avropa İttifaqı kimi beynəlxalq təşkilatlar, həmçinin üzv ölkələr və Birləşmiş Ştatlar Azərbaycana təzyiqləri artırmalıdır. Fikrimcə, Azərbaycanla insan hüquqları sahəsində çox məşğul olmurlar. Bunun üçün qarşıda çox mühüm imkan da var. Bakıda ilk dəfə Avropa oyunlarının iki aydan az müddətdə inaqurasiyası olacaq. Əgər Rəsul Cəfərov, İntiqam Əliyev, Leyla Yunus, Arfi Yunus, Anar Məmmədli, Xədicə İsmayılova və başqaları oyunlara qədər həbsdən azad edilməsə, Avropa liderləri, ölkələri yüksək səviyyədə nümayəndə heyətini tədbirə  göndərməməlidir.

Dilşad Əliyarlı: Sizin təşkilat Azərbaycanda siyasi məhbuslar probleminin həlli istiqamətində hansı fəaliyyətləri aparmağı planlaşdırır?

Reyçel Denber: Biz hər zaman Azərbaycanda siyasi məhbuslar problemini qaldırırıq. Biz son üç ildə, hökumətin təqibləri dövrü qanunsuz həbslər, saxta ittihamlar, hüquq müdafiçiləri, bloggerlər, araşdırmaçı jurnalistlər və dinc aksiya iştirakçılarının ədalətsiz məhkəmə proseslərinin bütün məqamlarını sənədləşdirmişik. Bu, bizim Azərbaycanla bağlı ən böyük narahatlığımızdır.

(amerikaninsesi)

Bölməyə aid digər xəbərlər

04 May 2024 ABŞ-ın Stirlinq Fondu Azərbaycanda mina təhlükəsi ilə bağlı maliyyə yardımı ayıracaq

27 Apr 2024 Bazar günü Bakıda 31 dərəcə isti olacaq

26 Avq 2023 Beton tökən qurğu Ordubad sakininin ölümünə səbəb olub

19 İyul 2023 İranın şimalında 4,7 bal gücündə zəlzələ qeydə alınıb.

19 İyul 2023 Seçkilərin ilkin mərhələsinin NƏTİCƏLƏRİ

24 Sent 2022 Xəzər Teyyublunun avtomobilini oğurlamağa cəhd ediblər

01 İyun 2022 Bu ilin əvvəlindən Afrikada 70-ə yaxın insan meymunçiçəyindən ölüb

13 Mart 2022 Bu gün 19 mindən çox şagird buraxılış imtahanı verəcək

13 Mart 2022 Moskvada Rüstəm İbrahimbəyovla vida mərasimi başlayıb - FOTO

05 Yan 2022 Şuşada təzə məscid tikilir, 6 bina söküləcək

10 Noy 2021 Sumqayıt bələdiyyəsinin şefi adamdöyən bacıoğlunu həbsdən çıxarır - Təfsilat

09 Noy 2021 Muradov Xankəndinə gəlir

30 Okt 2021 Müdafiə naziri qoşunlara tapşırıqlar verdi

28 Okt 2021 Bakıda daha bir məktəb distant tədrisə keçib

26 Sent 2021 Sabah hər kəs eyvanından bayraq assın...

19 Sent 2021 Azərbaycanda son sutkada 1734 nəfər COVID-19-a yoluxub, 25 nəfər vəfat edib

17 Sent 2021 İlham Əliyev Xalq artistinə mənzil hədiyyə etdi

16 Sent 2020 “Uşaqlarımın paltarları olmadığı üçün məktəbə getməyəcəklər” – Göyçay sakini

03 Sent 2020 “Belarusun bu günü ilə o dövrün Azərbaycanı müqayisə oluna bilməz"

02 Sent 2020 ABŞ Çinə qarşı siyasətini açıqladı

02 Sent 2020 Ekspertdən BNA-ya AĞIR İTTİHAM… – “Quldurluğa “konsepsiya” adı qoyublar…”

04 Avq 2020 GAMAC Azərbaycan dövləti Və silahlı qüvvələrinə dəstək bəyanatı yayıb

04 Avq 2020 “İnsanlar küçəyə çıxanda hara getsinlər? Hər yer bağlıdır” – Adil Qeybulla

22 Mart 2020 Xəzər Teyyublu koronavirusla bağlı çağırış etdi: “EVDƏ QAL!”

01 Fev 2020 Xəyalə Əhmədova Həsənqaya seçiciləriylə görüşdü - Foto

30 Yan 2020 Xəyalə Əhmədova Güloğlular kəndində seçicilərlə görüşdü - Video

28 Yan 2020 Qarabağ qaziləri Xəyalə Əhmədovanı rəğbətlə qarşıladı - FOTO

24 Yan 2020 Bərdəni qarış-qarış gəzən namizəd - Xəyalə Əhmədova

20 Avq 2019 "MİQ-29"un “qara qutu”su ciddi zədə almayıbsa, Azərbaycanda “oxuna” bilər"

20 Avq 2019 Putin Rusiyadakı etiraz aksiyalarına münasibət bildirdi

Xəbər lenti