|
Bərdə rayonunda məskunlaşan bir qrup Ağdam və Kəlbəcər qaçqını mənzil probleminə görə etiraz edib.
Arqument.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Xəbərə görə, hadisə yerinə əlavə polis qüvvələri cəlb olunub: “Bu dəqiqə Bərdədə çox böyük gərginlik var. Mənzil problemləri ilə bağlı başlarına açılan oyunlardan bezən Ağdam və Kəlbəcər qaçqınları yolu kəsiblər. Təkcə 300-ə yaxın avtomobil var. Artıq polis dəstələri hadisə yerinə gəlir. Bu dəfə geri çəkilməyəcəklərini deyən qaçqınlar sona qədər yolu açmayacaqlarını bildirirlər”.
Aksiya iştirakçılarından Əzimov Sabir Arqument.Az-a bildirib ki, hazırda qarşıdurma davam edir və polis aksiyaya müdaxilə edib: "Mən özüm Kəlbəcər qaçqınıyam. Evləri bizə pulla satırlar. Dövlət tərəfindən tikilən evlərə görə rüşvət istəyirlər. Ona görə də, qərara aldıq ki, aksiya keçirək. İndi də polislər birinci qrup Qarabağ əlilini döydülər. Aksiyamız isə davam edir".