|
Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) İsmayıllı rayonunda zona müşavirəsi keçirib.
Teleqraf.az-ın xəbərinə görə, KXCP-nin İsmayıllı, Qəbələ və Oğuz rayon şöbələrinin iştirak etdiyi müşavirədə partiya sədri Mirmahmd Mirəlioğlu iştirak edib.
Müşavirədə partiya rəhbərliyindən KXCP Sədrinin müavini Xəzər Teyyublu və KXCP İdarə Heyətinin üzvü Nizami Ələkbərli iştirak ediblər.
İclasda partiyanın qarşıdan gələn qurultayına hazırlıq məsələləri müzakirə olunaraq, şöbə sədrlərinin hesabatları dinləlinib. Qarşıdan gələn parlament seçkilərində iştirak da müşavirənin müzakirə olunan əsas məsələlərindən biri olub.
Tolantıda iştirak edən KXCP Sədri Mirmahmud Mirəlioğlu ölkədə və regionda baş siyasi proseslər haqqında məlumat verərək geniş məruzə edib.
Elşən Əlisoy